Bunqe Torpagi - Wikipedia
Bunqe Torpağı — qumsal, tundra-bataqlıq ərazilərlə örtülmüş düzənlik. Kotelnı adası ilə Faddeyevski yarımadası arasında yerləşir. İnzibati cəhətdən Rusiya Federasiyasının Yakutiya Respublikası ərazisinə daxildir. Sahəsi 6,2 min. km² təmkil edir. XX əsrə aid xəritələrdə bu ərazi boğaz olaraq göstərilir.
Kotelnı adası ilə qərbdən, Qedenştorm körfəzi ilə şərqdən əhatələnir.
Ən hündür nöqtəsi 58 metrdir. Zirvə adanın mərkəzində yerləşir və Evsekyo-Bulqunnyax adlanır. Ən böyük gölü Evsekyo-Kyoeldür.
Ərazinin cənubunda eyni adlı hündürlük vardır. Burada Bunqe Torpağı qütb stansiyası yerləşir. Cənubdan Sannikov boğazı ilə Kiçik Lyaxovski adasından ayrılır. Şimalında Draqosennaya buxtası yerləşir.
Ərazi rus zooloqu Aleksandr Aleksandroviç Bunqenin şərəfinə adlandırılmışdır. O, XIX əsrdə əraziyə təşkil edilən coğrafi ekspedisiyanın üzvü olmuşdur.
Ust-Lenski qoruğunun ərazisin daxildir. Daimi əlalisi yoxdur.
Formalaşması
redaktəSon araşdırmalara görə hazırkı, Yeni Sibir adaları vaxtı ilə materikin bir hissəsi olmuşdur. 9 min il öncə isə okeanın sahəsi qalxmış və ərazilərin hündür hissələri adalara çevrilmişdir. VIII–IX əsrlərdə suyun səviyyəsi 6–7 m[1] qalxmışdır. Bunqe Torpağının böyük qismi suyun altında qalmışdır.
Eduard Vasikevski Toll Yeni Sibir adalarında vaxtı ilə materik buzlağının mövcudluğunu birdirmişdir.
ИBurada hündürlüyü elədə böyük olmayan qum təpəlikləri vardır. Onların hündürlüyü 5–10 sajendir.[2].
Ekoloji problemlər
redaktəƏrazisi çəlləklər və metal tullantıları ilə çirklənmişdir. Ərazini əsasən Qütb stansiyası ilə əlaqədar çirklənir[3].
Sentyabr 2004 ildə Bunqe Torpağı üzərindən helikopter vastəsi ilə daşınan iki radioizotop tepmoelektrik generatorun qıza atışı həyada keçirilmişdir. Bu ərazidə 10 m səmada radiaktiv aktivlik yüksəkdir[4].
İstinadlar
redaktə- ↑ [1] Arxivləşdirilib 2020-10-30 at the Wayback Machine Анисимов М. А., Пушина З. В., Иванова В. В., Павлова Е. Ю., Питулько В. В. Изменение уровня моря на Арктическом шельфе в районе Новосибирских островов в голоцене. Материалы Международной научной конференции, посвященной 100-летию со дня рождения Д. Г. Панова (8–11 июня 2009 г ., г. Ростов-на-Дону). Ростов-на-Дону: Изд-во ЮНЦ РАН, 2009, с. 18–20.
- ↑ Якутский героический эпос. "Могучий Эр Соготох". — Новосибирск: Наука. Сибирская издательская фирма РАН, 1996. — 440 с. — (Памятники фольклора народов Сибири и Дальнего Востока). ISBN 5-02-030900-1
- ↑ А. Qukov. "Arktikanın ekoloji vəziyyəti alimləri narahat edir". PrimaMedia. 16 noyabr 2011. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.
- ↑ Р. Алимов. "Росатом: ритэги целесообразно разбирать на «Маяке»". НКО "Белонна". 26.05.2005. 2013-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-03.