Bulon Sur Mer - Wikipedia
Bulon-sür-Mer (fr. Boulogne-sur-Mer) — Fransanın şimalında şəhər.[5]
Bulon-sür-Mer | |||||
---|---|---|---|---|---|
Boulogne-sur-Mer | |||||
|
|||||
50°43′32″ şm. e. 1°36′50″ ş. u.HGYO | |||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi |
|
||||
Mərkəzin hündürlüyü | 110 m[2], 0 m[2] | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Rəqəmsal identifikatorlar | |||||
Poçt indeksi | 62200[4] | ||||
Digər | |||||
ville-boulogne-sur-mer.fr | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi
redaktəƏhalisi 43,3 min (2010) nəfərdir.
Coğrafiyası
redaktəPa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz portu (ildə təqribən 3 mln. nəfər; Böyük Britaniyanın Duvr və Folkston portlarına müntəzəm reyslər işləyir).[5]
Tarixi
redaktəBononiya (Bononia) və Gezoriak (Gesoriacum) kelt məskənlərinin yerində, təqribən e.ə. 1-ci əsrdə meydana gəlmişdir; Qalliyanın şimalında və Britaniyada Roma ağalığının qorunub saxlanılmasında mühüm rolu olmuşdur. Eramızın 5-ci əsrində sakslar tərəfindən işğal edilmişdir. Yeni yüksəliş dövrü 10-cu əsrin əvvəllərindən başlamışdır; Bulon (Bulonne) qraflığının mərkəzi olmuşdur. 1419-cu ildən Burqundiya hersoqlarının mülklərinin tərkibində, 1477-ci ildən isə Fransa kralının hakimiyyəti altında idi.[5]
Memarlığı
redaktəMemarlıq abidələri: qəsr (13-cü əsr; içərisində 1825-ci ildən rəssamlıq muzeyi fəaliyyət göstərir), meriya binasının yanında gözətçi qülləsi (13-cü əsr; Qədim Roma qalasının yerində tikilmişdir), Müqəddəs Nikolay kilsəsi (1208, fasad və nef 18-ci əsrin 2-ci yarısına aiddir, memar J. Sanye) və Notr-Dam baş kilsəsi (1827–66, bünövrəsi 7-ci əsrdə qoyulmuşdur, orta əsrlərə aid kripta var), Müqəddəs Qan kapellası (1859–60), Ədliyyə sarayı (1852), yaşayış binaları (hotellər: Kruassan, 16-cı əsr; Desandruen, 1777).[5]
Sənayesi
redaktəÖlkənin əsas balıqçılıq portlarından (ildə 800 min t-dan çox balıq) biridir. Balıq və dəniz məhsullarının emalı; balıq və balıq məhsulları ticarəti. Gəmiqayırma; ferromanqan ərintiləri; telefon və ofis avadanlığı; sement istehsalı inkişaf etmişdir.[5]
Qalereya
redaktə-
Şəhər mərkəzində Pedestrian küçəsi
-
Sahil boyu gəzinti
-
Bulon-Tintelleris
-
Böyük Ordu Sütunu
-
YUNESKO Ümumdünya İrsi hesab olunan Belfray
-
Şəhər üzərindən görünən Basilika qalaları
-
Bulon qala muzeyi
İstinadlar
redaktə- ↑ répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
- ↑ 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
- ↑ Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
- ↑ Base officielle des codes postaux. La Poste, 2018.
- ↑ 1 2 3 4 5 Bulon-sür-Mer// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 72. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Xarici keçidlər
redaktə- Rəsmi internet saytı: Bulon-sür-Merdə və Bulon ərazisi turizm potensialı Arxivləşdirilib 2009-01-22 at the Wayback Machine
- Bulon-sür-Merdə şəhər konsulluğu
- Bulon-sür-Mer şəhərinə səyahət
- ULCO universitet kitabxanasıBulon 2005 Esperanto
- Bulon-sür-Mer Universiteti Arxivləşdirilib 2017-05-23 at the Wayback Machine