Budapest Emeliyyati - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Budapeşt[1] əməliyyatı (1944–1945) — Böyük Vətən müharibəsində (1941–1945) sovet qoşunlarının (2-ci Ukrayna cəbhəsi, komandan — marşal R. Y. Malinovski, 3-cü Ukrayna cəbhəsi qoşunlarının bir hissəsi, komandan — marşal F. İ. Tolbuxin), Dunay hərbi donanması (kontr-admiral G. N. Xolostyakov) ilə birgə keçirdiyi strateji hücum hadise Macarıstan
Budapeşt əməliyyatı | |
---|---|
Tarix | 24 dekabr 1944 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəBudapeşt əməliyyatı düşmən qruplaşmasını darmadağın etmək və Macarıstanı Almaniya tərəfində müharibədən çıxarmaq məqsədilə aparılmışdı. 2-ci Ukrayna cəbhəsi qoşunlarına (cəmi 760 min nəfər, 9 min top və minaatan, 868 tank və özügedən artilleriya qurğusu, 1.3 min təyyarə) qarşı Almaniyanın "Cənub" rduları qrupu (general-polkovnik G. Frişner, dekabrın 23-dən piyada qoşun generalı O. Vener; 510 min nəfər, təqribən 4,2 min top və minaatan, təqribən 800 tank və hücum topu, 500 təyyarə) dayanmışdı. 1944-cü il oktyabrın 29-da sovet qoşunlar qəflətən hücuma keçdi. Noyabrın 2-də onlar artıq Budapeştin 15 km.-liyində idilər, lakin 2-ci Ukrayna cəbhəsi qoşunları şəhəri ələ keçirə bilmədi. Buna görə də, dekabrın 20-dən 3-cü Ukrayna cəbhəsi qoşunlarının bir hissəsi bu vəzifənin yerinə yetirilməsinə cəlb edildi. Dekabrın 26-da hər iki cəbhənin qoşunları düşmənin Budapeşt qruplaşmasının (təqribən 10 diviziya) mühasirəyə alınmasını başa çatdıraraq Esterqom rayonunda birləşdilər. Sonra mühasirəyə alınmış 188 minlik qruplaşma darmadağın edildi. 1945-ci il fevralın 13-də isə Budapeşt tutuldu. Müharibənin nəticəsi Macarıstanın Almaniya tərəfində müharibədən çıxması oldu. Almaniya komandanlığı öz qoşunlarının Yuqoslaviyadan çıxarılmasını sürətləndirdi.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 21. ISBN 978-9952-441-10-9.