Busizm - Wikipedia
Buşizm - Haqqında Məlumat
Buşizm (Bushism) – ABŞ-nin 43-cü prezidenti Corc U. Buşa məxsus, danışarkən istifadə etdiyi səhv məzmunlu cümlələr nəzərdə tutulur. Bir çox hallarda cəmiyyətdə müəyyən məşhur və söz yükünə sahib şəxslər, əsasən də siyasətçilər öz gözlənilməz açıqlamaları ilə diqqət mərkəzində olurlar. Bu cür ifadələrə bir çox gözlənilməz açıqlamaların sahibi Corc Buşun şərəfinə "buşizm" adı verilib. 1993-cü ildə təsis olunmuş "Foot in Mouth" mükafatı isə həmin gözlənilməz açıqlamalara görə verilir. Corc Buş özü bu mükafata bir neçə dəfə namizəd göstərilsə də yalnız 2008-ci ildə layiq görülüb. Mükafatın son sahibi isə hazırkı ABŞ prezidenti Donald Trampdır.
Buşizmdən məşhur misallar
redaktə- O da mənim kimi Texasdan olan qızdır.
- Sizdə də zəncilər var? (Braziliya prezidenti Fernando Kordozo ilə söhbəti zamanı)
- Siz qaça bilərsiniz, amma gizlənə bilməyəcəksiniz! Bir, iki, üç, dörd, beş, altı, yeddi, beş ...
- Siz azadsız! Azadlıq gözəldir! Amma unutmayın – xaosu bərpa etməyə zaman lazımdır.
- Əgər Birləşmiş Ştatlar deyirsə ki, ciddi nəticələr gözlənir, deməli ciddi nəticələr olmasa – pis aqibət olacaq.
- İraq – Amerika deyil.
- Mən cavan və hərdəmxəyal olanda mən cavan və hərdəmxəyal idim.
- Əfqanıstanın, İraqın və digər Afrika ölkələrinin demokratikləşməsinə yardım etmək lazımdır.
- Uels? O hansı ölkədədir?
- Bu ki, Adam Klaymerdir – "The New York Times"ın baş eşşəyi.
- Mən qürur duyuram ki, cəsur İraq vətandaşının əlini sıxıram, hansı ki, Səddam onun əlini kəsmişdi.
- Mən inanıram ki, insanlar və balıqlar ... birgə dinc həyat sürə bilərlər.