Braziliya Almaniya Futbol Oyunu 2014 - Wikipedia
2014-cü il futbol üzrə dünya çempionatının Braziliya və Almaniya komandaları arasında keçirilən yarımfinal matçı 8 iyul tarixində Belu-Orizonti şəhərində yerləşən "Mineyran" stadionunda keçirilmişdi. Braziliya yığması bu oyunda Almaniyaya 1:7 hesabı ilə darmadağın olmuşdu. Bu qələbənin nəticəsində Almaniya Çempionatın final mərhələsinə adlamışdı.
Braziliya – Almaniya (2014 FİFA Dünya Kuboku) | |||||||
---|---|---|---|---|---|---|---|
Turnir | Futbol üzrə dünya çempionatı 2014 (1/2 final) | ||||||
|
|||||||
Tarix | 8 iyul, 2014-cü il | ||||||
Yer | Mineyran, Belu-Orizonti | ||||||
Matçın adamı | Toni Kroos | ||||||
Hakim | Marko Rodriges | ||||||
Tamaşaçı | 58141 | ||||||
Hava | 21°С, günəşli |
Vurulan 8 qol nəticəsində bu matç futbol üzrə dünya çempionatı tarixində keçirilən yarımfinal oyunları arasında ən böyük hesablı olmuşdur. Bu oyunun nəticəsində Almaniya yığma komandası dünya çempionatının yarımfinalında və ya finalında 7 qol vurmuş ilk komanda oldu.
Braziliya komandasına ikinci qolu vurmuş Almaniyanın 36 yaşlı oyunçusu Miroslav Kloze, Braziliyalı Ronaldonun nəticəsini də qabaqlayaraq dünya çempionatı tarixinin ən yaxşı bombardiri olmuşdur (Karyerası ərzində 16 qol). Almaniya yığması, həmçinin, dünya çempionatı tarixində ən çox qol vurmuş komanda oldu: Almanların hesabında bu oyundan sonra 223 vurulmuş qol, Braziliyalıların hesabında isə — 221 qol oldu. Bu oyuna qədər dünya çempionatının qrupdan sonrakı mərhələsində bu komandalar yalnız bir dəfə qarşılaşmışdılar. 1974-cü ildə dünya çempionatının qrupdan sonrakı mərhələsində Braziliya Şərqi Almaniya ilə qarşılaşmışdı. Lakin FİFA, hazırkı Almaniya yığma komandasının sələfi olaraq Qərbi Almaniya komandasını hesab edir. 1-7 hesabı ilə Almaniyanın xeyrinə başa çatan oyundan sonra Almaniya yığması Braziliyadan 2002-ci ildəki məğlubiyyətinin (0:2) revanşını aldı.
Bu məğlubiyyət Braziliya futbol komandasının tarixində ən böyük hesablı olmuşdur: yeganə olaraq komanda altı qol fərqi ilə təxminən 96 il əvvəl məğlub olmuşdu (1920-ci ildə Çilidə keçirilən futbol üzrə Cənubi Amerika çempionatında Uruqvay yığma komandasına 0:6 hesabı ilə məğlub olmuşdu). Həmçinin, Braziliyalılar rəsmi turnirlərdə ev oyunlarında ilk dəfə olaraq 1975-ci ildə məğlub olmuşdular. Onların məğlubiyyətsizlik seriyası 62 matç davam etmişdi.
Bu oyun Braziliya ilə yanaşı dünya miqyasında da "Mineyraso" adı ilə tanınır.
Tarixi
redaktəBu turnirə kimi Braziliya yalnız bir dəfə Futbol üzrə dünya çempionatına sahiblik etmişdi: 1950-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya finalda Uruqvaya 1-2 hesabı ilə məğlub olmuşdu. Braziliyanın 5 titulu olduğu təqdirdə, Almaniyanın bu oyuna kimi 3 titulu var idi. Ümumilikdə isə, bu iki komanda arasında 21 oyun keçirilmişdir.[1] Lakin, bu komandalar yalnız bir dəfə dünya çempionatının finalında: 2002-ci qarşılaşmışdılar. Bu oyunda Braziliyalılar Ronaldonun vurduğu iki qol sayəsində 2-0 hesabı ilə Almaniyanı məğlub etmişdilər.[2][3] Braziliya sonuncu titulunu 2002-ci ildə, Almaniya isə sonuncu titulunu 1990-cı ildə qazanmışdı. Braziliya 2002-ci ildən bəri, ilk dəfə yarımfinalda iştirak edirdi. Amma, Almaniya artıq 4-cü dəfə yarımfinalda iştirak edərək bir rekorda imza atmış oldu.[4]
Oyun
redaktəBirinci hissə
redaktəHər iki komanda hücum futboluna üstünlük verirdilər, amma, matçın əvvəllərində Braziliyalılar daha çox hücum edirdilər. Artıq 3-cü dəqiqədə Braziliya yığma komandasının oyunçusu Marselo qapıya doğru zərbə endirdi, lakin top qapıya daxil olmadı. 7-ci dəqiqədə Almaniya yığma komandasının oyunçusu Sami Hediranın zərbəsi komanda yoldaşı Toni Kroosa dəydi. 11-ci dəqiqədə Almanlar matçın ilk küncdən zərbəsini yerinə yetirdilər. Tomas Müller Toni Kroosun küncdən zərbədən ötürdüyü topan sonra hesabı Almaniyanın xeyrinə 1-0 olaraq dəyişdi. Matçın 23-cü dəqiqəsində Miroslav Kloze hesabı 2-0 etdi. Bu qol Miroslav Klozenin 16-cı qolu oldu və Braziliyalı Ronaldonun rekordunu da üstələyərək ən yaxşı bombardir oldu.
Hesab Almaniyanın xeyrinə 2-0 olduqdan sonra, Braziliya ardıcıl səhvlərə yol verməyə başladı. Toni Kroos qısa zamanda içində Braziliyaya ardıcıl olaraq 2 qol vurdu. O, 24-cü dəqiqədə Filipp Lamın pasından sonra hesabı 3-0 olaraq dəyişdi. 26-cı dəqiqədə topu Braziliyalılardan alan Toni Kroos, topu Sami Hediraya ötürdü. Sami Hedira da boş qalmış Toni Kroosa topu ötürdü və hesab 4-0 oldu. Birinci hissənin sonuncu qolunu Məsud Özilin pasından sonra Sami Hedira Vurdu. Beləliklə, birinci hissənin yekun hesabı 5-0 Almaniya yığma komandasının xeyrinə oldu. Almanlar altı dəqiqə ərzində dörd qola imza atdılar. Braziliyalılar dördüncü qolun oyundan kənar vəziyyətdən vurulduğunu desələr də, hakim qayda pozuntusunu qeydə almamışdı. Videotəkrardan sonra da düzgün qərarı vermək olmamışdı.
İkinci hissə
redaktəFasilədən sonra Braziliya yığma komandasının baş məşqçisi Luis Filipe Skolari iki oyunçunu əvəz etdi: Fernandinyo və Xalkın əvəzinə Ramires və Paulinyo oyuna daxil oldu. Almaniya yığma komandasından isə Per Mertezaker Mats Hummelsin əvəzinə meydana daxil oldu. İkinci hissə başlayanda Braziliya yığma komandası Manuel Noyerin qapısı qarşısında təhlükələr yaratdılar. Amma, Manuel bir neçə dəfə komandasını qol vəziyyətlərindən xilas etdi. Matçın 60-cı dəqiqəsində Braziliya yığma komandasının qapıçısı Julio Sezar, Almaniya yığma komandasının oyunçusu Müllerin zərbəsini son anda dəf etdi. 58-ci dəqiqədə Miroslav Klozenin yerinə gəlmiş Andre Şürrle, 69-cu dəqiqədə hesabı 6-0 etdi. 79-cu dəqiqədə Andre Şürrle, Müllerin pasından sonra hesabı 7-0 etdi. Oyunun sonlarında Məsud Özil 8-ci qolu vurmağa çox yaxın idi, amma, o, bu şansı qaçırmışdı. Yalnız matçın 90-cı dəqiqəsində Oskar Almanların qapısına yol taparaq hesabı 1-7 etdi və matç elə bu hesabla da başa çatdı. Bu oyundan sonra Braziliyanın 62 matçlıq ev oyunlarında məğlubiyyətsizlik seriyası pozuldu.
Oyunun nəticələri
redaktə8 iyul 2014 17:00 UTC-3 |
|
Mineyran, Belu-Orizonti Tamaşaçı: 58 141 Hakim: Marko Rodriges |
||||||
Hesabat |
Braziliya
|
Almaniya
|
|
|
Matçın oyunçusu:
Baş hakimin köməkçiləri:
|
Matçın statistikası
redaktəStatistika[6] | Braziliya | Almaniya |
---|---|---|
Qollar | 1 | 7 |
Qapıya doğru zərbələr | 18 | 14 |
Hədəfə doğru zərbə | 8 | 10 |
Topa Nəzarət | 52% | 48% |
Ötürmələrin sayı | 547 | 592 |
Ötürmələrin dəqiqliyi | 79% | 82% |
Küncdən zərbələr | 7 | 5 |
Qayda pozuntuları | 11 | 14 |
Offsaydlar | 3 | 0 |
Sarı vərəqələr | 1 | 0 |
Qırmızı vərəqələr | 0 | 0 |
İstinadlar
redaktə- ↑ "Germany – Brazil: Head to head". FIFA (İngiliscə). 9 İyul 2014. 2015-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
- ↑ "Brazil crowned world champions" (İngiliscə). 9 İyul 2014. 2012-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
- ↑ "Brazil 2 – 0 Germany" (İngiliscə). 9 İyul 2014. 2019-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
- ↑ "Phil McNulty's guide to the semi-finals" (İngiliscə). 9 İyul 2014. 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
- ↑ "Brazil 1-7 Germany – Man of the Match". FIFA.com (Fédération Internationale de Football Association). 8 İyul 2014. 2015-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 İyul 2014.
- ↑ „World Cup Matches Round“ Arxivləşdirilib 2014-07-12 at the Wayback Machine. FIFA. Retrieved 11 iyul, 2016.
Xarici keçidlər
redaktə- FİFA-nın Rəsmi Saytında Matçın hesabatı Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine
- Almaniya yığma komandasının oyunçularının matçda statistikası Arxivləşdirilib 2014-08-01 at the Wayback Machine
- Braziliya yığma komandasının oyunçularının matçda statistikası Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine