Bruster Qanunu - Wikipedia
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir.[1]
φB Brüster bucağı adlanır.
Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir.
Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir.
Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır. Xətti rəqs edən elektronlar isə rəqs istiqamətində şüa saçmır. Beləliklə, əks olunan dalğada yalnız düşmə müstəvisinə perpendikulyar olan müstəvidəki elektrik sahəsinin (Eəks ol.) rəqsləri olacaq.
Brüster qanunu çox ciddi ödənmir: belə ki, əks olunan işıqda Edüş.-nin digər komponenti (Ep) də olur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 8. ISBN 978-9952-441-10-9.