Bozqir Sari - Wikipedia
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Çöl sarı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Çöl sarı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Kateqoriya və statusu
redaktə(II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb.
Qısa təsviri
redaktəQarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür).
Yayılması
redaktəAvropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Qobustanda, Bozdağda, Kiçik Qafqazın dağətəyi, qismən də orta dağlıq hissəsində, Naxçıvan Arazboyu düzənliyində və orta dağ yamaclarında, eləcə də, Talış dağ bozqırlarında yayılıb. Kiçik Qafqazın dağətəyi hissəsində və Arazboyu düzənliyində oturaq yaşayır, başqa yerlərdə nəsilvermə dövründə, Kür-Araz düzənliyində isə qışda olur.
Yaşayış yeri və həyat tərzi
redaktəQuraq iqlimli yarımsəhra və bozqır landşaftlarında yaşayır. Qayada, yarğanda, bəzən yulğun kolunda (tamariks) quru çöplərdən yuva tikir, içərisinə yovşan döşəyir, aprel ayında 3-5 ədəd qırmızımtıl-qonur naxışlı ağ yumurta verir. İyul ayında pərvaz balaları ilə ailəvi yem axtarırlar. Yemini havadan baxmaqla tapıb, yerdən götürür, əsas yemi qurbağalar, sürünənlər, gəmiricilər, bəzən də ərəbdovşanı, kirpi, xırda quşlardır.
Sayı
redaktə1970-ci illərə qədər adi saylı, miqrasiya dövründə hətta çoxsaylı olub. Sonralar Azərbaycanda nəsil verən populyasiyasının sıxlığı azalıb, XX əsrin sonunda Azərbaycanda 50 cüt quş qeyd edilib. Son 10 ildə istər reproduktiv, istərsə də qışlayan populyasiyasının sıxlığı təhlükəli vəziyyət alıb. Reproduksiya dövründə Qobustanda 4, Bozdağda 2, Kiçik Qafqazın dağətəyi hissəsində 4, Naxçıvan MR-də 8, Talış dağ bozqırlarında 4 cüt (cəmi 22 cüt) quş sayılıb. Son 10 ildə sayı 56 % azalıb. Lakin miqrant quşların sayı 3-4 dəfə çox olub.
Məhdudlaşdırıcı amillər
redaktəZərərli yırtıcı hesab edilib ovlanması, bozqırların əkin sahəsinə çevrilməsi və pestisidlərdən maksimal istifadə olunması, mal-qaranın çoxalması və otlaqların deqradasiyası, yem obyektlərinin zəhərlənməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması qadağandır. Faydalı fauna statusu ilə qorunur. Qobustan və Turyançay Dövlət Təbiət Qoruqlarında, Zuvand Dövlət Təbiət Yasaqlığında nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəYuvalarının yerləşdiyi sahənin təbiət abidəsi statusu ilə qorunması, çaqqal, tülkü kimi yırtıcıların azaldılması, növün vəziyyətinin əhaliyə izah edilməsi.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3