Bozdag Naxcivan - Wikipedia
Bozdağ | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1182,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Toponimik izah
redaktəBozdağ (Bozağıl) — Şərur rayonunun Dəmirçi kəndinin şimalında dağ. Dağın adı onun üst süxurunun boz rəngli gildən ibarət olması ilə əlaqədardır. Yerli əhali içərində Bozagil də adlanır.[1]
Geomorfologiyası
redaktəSədərək rayonu ərazisində dağ (hünd. 1182,7 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında, Bağırsaqdərəçayın aşağı axımında, Dəhnə-Vəlidağ tirəsinin şimal-şərq qurtaracaqında zirvə. Dəmirçilər kəndindən 7 km şimaldadır. Təpəsi Alt Karbon (Bozdağ lay dəstəsi) və Üst Perm (Qızılqaya lay dəstəsi) yaşlı əhəngdaşılardan təşkil olunmuş, şimala doğru alçalan günbəzvari yüksəklikdir. Yamaclarında Alt Karbona aid Dizə və Goranqalası lay dəstələrinin, cənub ətəyində isə Üst Devona aid Payadərə lay dəstəsinin əhəngdaşıları açılır. Hər tərəfdən Üst Miosen və Pleystosen çöküntüləri ilə əhatə olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında, Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının şimal-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ maili sinklinal qırışığının nüvə hissəsində yerləşir. Zirvə hissəsində və yamaclarında şimal-qərb və şimal-şərqə yönəlmiş fay qırılmaları izlənilir.[2]
Bozağıl dağı – Şərur rayonu ərazisində Bozdağın yerli əhali arasında işlədilən başqa adı.
İstinadlar
redaktə- ↑ B.Budaqov, Q.Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta-Rress, 2002
- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.