Bosniyali Mahmud Pasa - Wikipedia
Bosniyalı Mahmud Paşa (ö. fevral 1568) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Bosniyalı Mahmud Paşa | |
---|---|
Əvvəlki | Bosniyalı Əli Paşa |
Sonrakı | Qoca Sənan Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Qahirə, Osmanlı imperiyası |
Dəfn yeri | Əl-Mahmudiyə məscidi, Qahirə |
Həyatı
redaktəDoğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnaq olub, Mərəş bəylərbəyi Mehmed Paşanın kölələrindəndir. Paşanın vəfatından sonra Davud Paşanın xəzinədarı oldu. Onun ölümündən sonra isə Misirdə qaldı və baş xəzinədarlığa qədər yüksəldi. 1560-cı ildə Yəmən bəylərbəyi olsa da, çox keçmədən vəzifədən alındı. 1566-cı ilin aprelində Misir bəylərbəyi oldu və 26 dekabr 1567-ci ildə sərt və qəddar idarəçiliyi səbəbilə vəzifədən alındı. Bir müddət Qahirədə gizlənən Əli Paşa 1568-ci ilin fevralında Qahirə küçələrinin birində sui-qəsdlə öldürüldü.
Cənazəsi öz adına Qahirədə inşa etdirdiyi Əl-Mahmudiyə məscidindəki türbəsinə dəfn edildi.
Mənbə
redaktə- Sicill-i Osmani III, səh. 242