Bonni Hant - Wikipedia
Bonnie Lynn Hunt (22 sentyabr 1961[1][2][…], Çikaqo, İllinoys) — Emmy, Golden Globe namizədlikləri olan, Amerikalı aktrisa, rejissor, komediyaçı və yazıçıdır.
Bonni Hant | |
---|---|
Doğum tarixi | 22 sentyabr 1961[1][2][…] (63 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | komediyaçı, tibb bacısı, ssenarist, film prodüseri, kinorejissor, yazıçı, səsləndirmə aktrisası[d], kino aktrisası, televiziya aktrisası, televiziya prodüseri[d], aktrisa, rejissor |
Fəaliyyət illəri | 1984-cü ildən |
Mükafatları | |
IMDb | ID0001372 |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiyası
redaktəİlk illəri
redaktəBob və Alice Huntun qızıdır. Valideynlərinin adları, Hantın qurduğu şirkətin adını (Bob & Alice) ilhamlandırmışdır. 3 böyük qardaşı (Patrick, Kevin, Tom) 2 böyük bacısı (Cathy və Carol) və Helen adlı kiçik qardaşı var. Hunt Katolik məktəblərində təhsil almışdır. Bunlar St. Ferdinand və Notre Dame Liseyidir.
1982-ci ildə Chicago-Nortwestern Memoroial Xəstəxanasında xərçəng tibb bacısı olaraq işləmişdir. 1986-cı ildə "İkinci şəhər" (The Second City) tamaşasında "İmpulsiv bir şey" (An Impulsive Thing) cəmiyyətinin tərkibində çıxış edərək öz qabiliyyətlərini nümayiş etdirdi.
Şəxsi həyatı
redaktə1988-ci ildə Hunt bir bankir olam John Murphy ilə evlənmişdir, lakin 6 iyun 2006-cı ildə David Lettermanın şou proqramında yenidən tək olduğunu bildirmişdir. Eyni zamanda 1991-ci ildən bəri Bethoven film setində tanış olduğu David Duchovny ilə yaxşı dostluq münasibətlərinə malikdir.