Bonistika - Wikipedia
Bonistika (fr. bonistique) — pul nişanları və bonları öyrənən köməkçi tarix elmi.
Tarixi
redaktəCəmiyyətin iqtisadi və siyasi vəziyyətini əks etdirən tarixi sənədlər, istifadədən çıxan pul nişanları və bonları öyrənən köməkçi tarixi fənn olan bonistika XX əsrin əvvəllərində yaranmışdır və numizmatika ilə sıx bağlıdır.
Belə hesab edilir ki, kağız pul nişanlarının kolleksiyasına ilk dəfə Çində kağız pulların meydana gəlməsindən sonra başlanılıb. Lakin dünyada kağız pulların sistematik kolleksiyası 1940-cı illərdən başlayıb. 1970-cü illər kolleksiya sahəsində dönüş nöqtəsi sayılır. Məhz bu illərdə bonistika kolleksiyanın müstəqil qolu seçilmişdi. Eyni zamanda ABŞ, Almaniya, Fransa kimi bəzi inkişaf etmiş ölkələrdə kağız pulların milli kataloqunun nəşrinə başlanılmışdır.
1961-ci ildə kağız pul nişanları kolleksiyaçılarının beynəlxalq assosiasiyası - Bank Note International Society (IBNS) yaradılmışdır. Hal-hazırda assosiasiya bütün dünyada bir neçə min üzvə malikdir. İlin hər rübü assosiasiya jurnal dərc edir. Konqres bunun üzərində müxtəlif mühazirələr aparır. IBNS tərkibində rus bölməsi (Russian (IBONS) Chapter) fəaliyyət göstərir.
Albert Pik ilk kağız pul katoloqlarının və kağız pul nişanlarının kolleksiyaçısı hesab edilir. Əsas hissəsinin müəllifi Albert Pik olan "Paper Money of World Standard Catalog" ("Dünyanın standart kağız pul kataloqu") adlı kataloq indi də dərc edilir. Kataloq üç cilddən və bir neçə min səhifədən ibarətdir. Kataloq mövcud olduğu dövr ərzində, demək olar ki, dünyanın bütün ölkələrinin kağız pulları haqqında bütün məlumatları saxlayır, kataloq hər il yenilənir.
Rusiyada ilk dəfə kağız pul kolleksiyasına ölkədə kağız pullar meydana gəldikdən sonra, 1769-ci ildə başlanmışdı. Sankt-Peterburqun ilk bonistikaçılarından biri knyaz Q.A Potemkinadır, O III Pyotrun əskinazlarının kataloqunu hazırlamışdı. Bonistikanın meydana gəlməsi yanlışlıqla Birinci dünya müharibəsindən sonrakı dövrlə, müharibənin səbəb olduğu inflyasiya ilə əlaqələndirilir. Rusiyada ilk nəşr edilən kitablardan biri S.İ. Çisova məxsus "Rusiyanın ilk dövlət kağız pulları" adlı kitab hesab edilir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Bonistics.org
- Бонистика Arxivləşdirilib 2015-08-14 at the Wayback Machine