Bokovsk Rayon Diyarsunasliq Muzeyi - Wikipedia
Bokovski Rayon Diyarşunaslıq Muzeyi — Rostov vilayətinin Bokovsk stanisasında yerləşən diyarşünaslıq muzeyi. Muzey 1976-cı ildə təşkil edir. 1982-ci ilin 2 may tarixində ilk nümsyişi gerçəkləşmişdir.
Bokovsk rayon diyarşünaslıq muzeyi | |
---|---|
rus. Боковский районный краеведческий музей | |
Əsası qoyulub | 1976 |
Ölkə | |
Yerləşir | Kamensk-Şaxtinski, Rusiya |
Direktor | Skomarovskaya Oksana Anatolievna |
Telefon | (212) 3-1378 |
İş rejimi | 8.00 - 17.00 |
Bilet | 20 rubl |
49°13′45″ şm. e. 41°50′14″ ş. u.HGYO |
Muzeyin adresi: Rostov vilayəti, Bokovski yaronu, Bokovski stanisası, Teliçenko küçədi, 18.
Tarixi və təsviri
redaktə1976-cı ildə Böyük vətən müharibəsi veteranı Aleksandr Daniloviç Krasnoqlazov "Selskaya nov" qəzetinin 57-ci sayında Bokovski rayonu sakinlərinə müraciət ünvanlayır. Burada rayon tarixi ilə əlaqəli eksponatların toplanılaraq diyarşünaslıq muzeyinin təşkil edilməsi müraciətini edir.
Bokovsk rayon diyarşünaslıq muzeyi 5 may 1982-ci ildə Rostov vilayəti Bokovsk stanisası ərazisində muzey açılır. Muzey binası Bokovsk raykomunun göstərişinə əsasən inşa edilir. Bina iki mərtəbədən ibarətdir. Muzeydə 2637 eksponat toplanmışdır. Muzey yeddi zaldan ibarətdir[1].
Muzeyin "Bizim diyarın təbiəti" adlı ekponatlar zalında rayon ərazisində yayılmış bitki və heyvanlar aləmi nümayiş etdirilir. Eksponatlar heyvanların müqəvvasından, bitki herbarisi, daşlaşmış ağac qalıqları, Bokovsk rauonunun təbiət təsvirindən ibarətdir.
Muzeyin "Bizim diyarın uzaq keçmişi" adlı ekponatlar zalında rayon ərazisində olan ilk evlərin şəkillər, qədim samovarlar, xalılar, sakinlərin keçmişdən qalma geyimləri saxlanılır.
Üçüncü zalda isə don vilayətinin sovet dönəminə aid eksponatlar saxlanılır. Burada xəritələr, plakatlar və xəritələr saxlanılır. Burada vətəndaş müharibəsi və oktyabr inqilabına aid eksponatlar saxlanılır.
"Şoloxov zalı" adlı ekpozisiyada isə yazıçı Mixail Aleksandroviç Şoloxovun şəkilləri, kitabları, onun əsərləri əsasında çəkilmiş kino lentlər saxlanılır.
Muzeyin "Don kazakları" zalında kazaklara aid geyimlər və ev əşyaları saxlanılır.
Sərgi zalında veteranlarla görüşlər keçirilir, bayramlar qeyd edilir, konfranslar təşkil edir.
Bokovsk muzeyinin qarşısında Sovet İttifaqı qəhrəmanı Yakov Platonoviç Teliçenkonun şərəfi büst qoyulmuşdur. Büst regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.
İstinadlar
redaktə- ↑ "Боковский районный краеведческий музей (Россия)". 2016-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.