Bob Peysli - Wikipedia
Bob Peysli(ing. Bob Paisley; 23 yanvar 1919 – 14 fevral 1996, Liverpul) — ingilis futbolçu və baş məşqçi.
Bob Peysli | |
---|---|
ing. Bob Paisley | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 yanvar 1919 |
Vəfat tarixi | 14 fevral 1996 (77 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Mövqeyi | müdafiəçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBu altbaşlığı genişləndirmək lazımdır. |
Karyerası
redaktə1939-cu ildə Mersisaydın qırmızı tərəfinə transfer olan Bob Paisley, 1946-47 mövsümündə bir çempionluq qazandığı, ardından 1951-də kapitan olduğu və 1954-də aktiv futbol həyatını sonlandırdığı Liverpulda, 15 il boyunca, qırmızı formanı tərlətdi.Bob Peysli, futbolu buraxmasının ardından Liverpulda qaldı və ehtiyat komandada məşqçiliyi və əsas komandada fizyoterapistlik etməyə başladı. Onu Liverpul tarixinin ən çox uğur qazanan məşqçisi kimi qəbul edə bilərik. Bill Şenklidən sonra Liverpulun başına gələn ən yaxşı məşqçi. Avropanın kralı Peysli. 1 Dekabr 1959-cu ildə, Böyük Adam Bill Şenkli, 2-ci liqadakı Liverpulun başına keçdi. . Şenkli, Bob Peysli və Co Feqan köməkçiləri olaraq yanına aldı və 1962-ci ildə, klubu 8 illik ikinci liqa kabusundan çıxartdı. Bob Peysli, üç liqa, iki federasiya kuboku (FA), bir UEFA Kuboku zəfərindən sonra 1974-də məşqçiliyi buraxan Şenklidən bayrağı götürdü. İlk ilində Liverpulu liqada ikinci etməsi fanatları üzdü. Çünki hər kəs çempionluq gözləyirdi. Doqquz ildə qazandığı altı Liqa zəfərinin, ikinci ilində, yəni 1976-cı ildə yaşadı. O il bir də UEFA kubokunun (Avroliqanın) sahibi oldu. Bir il sonra, Bob Peyslinin işlətdiyi Liverpul, tarixində ilk dəfə olaraq Çempionlar liqası (Çempion Klublar Kuboku) finalında idi və rəqib, bundan 3 il əvvəl bu kuboku Bayer Münhen ilə qazanan Lattekin məşqçisi olduğu Borussiya Münhenqladbax idi .Matçan əvvəl Peysli, medianın "nə düşünürsünüz" sualına, tarixdəki ən əyləncəli şərhlərindən biri etmişdi. "Təbii ki biraz qəribədir, ən son Almanlarla İtaliyada mübarizə etməyə çalışanda bir tankın içindəydim". Gələk final matçına. Bob Peyslinin Liverpulu, Romadakı finalda Alman Borussiya Münhenqladbaxı Mak Dermott, Smit və Fil Nilin qollarıyla 3-1 məğlub etdi. Kuboku ilk dəfə Mersisayda gətirməyi bacardı. Qazanılan finalın ardından bir söz daha gəlir Liverpulun əfsanə məşqçisindən :"Bu gün içki içməyəcəyəm. Bu anın dadını sonuna qədər çıxarmaq istəyirəm. Papa və mən bu gecə Romadakı bəzi ayıq insanlardanıq". Bir il sonra 1977/78 mövsümündə Borussiya Münhenqladbax bir dəfə daha üzdü Paisley amma bu dəfə yarımfinalda. Finala isə öz ölkəsində Uemblidə çıxdı və Liverpul Brüqqeni Dalqlişin tək qoluyla məğlub etdi. İlk dəfə bir İngilis məşqçi üst-üstə Çempionlar liqasını (Çempion Klublar Kubokunu) qazandı. 2 il sonra, 1980-81 mövsümündə Liqa Çempionu olaraq Çempionlar liqasına qatılan Liverpul heç məğlub olmadı. Finala qədər beş qalibiyyət və üç bərabərlik əldə etdi. Peysli kubokda üçüncü dəfə finalda idi və üçüncü dəfə müvəffəqiyyətli oldu. Alan Kennedidən gələn qol ilə kral klubu olan Real Madridə diz çökdürdü. Bu zəfərdən iki il sonra 1983-cü ildə Peysli gözlənilmədən istefa verdi. 44 ilin ardından 1983də ictimaiyyətə vida edən bir zamanların fizyoterapisti, iki il sonra administrativ vəzifələ yenə geri döndü. 1992-ci ildə rəsmi olaraq nöqtəni qoydu. 4 il sonra yəni 1996-cı ildə 77 yaşında ruhunu təslim etdi. 1996-ın Sevgililər Günündə ölən futbol adamı, tarixin eyni klubda üç dəfə Çempionlar Liqası qazanan tək məşqçisi olaraq xatırlanmağa davam edir. Peysli bu günə qədər qırıla bilməyən bir rekorda imza atdı. Yuxu kimi bir karyerası var idi və özü bu mövzu haqqında bu fikri vermişdi: ‘‘Başqaları futbolda məndən daha çox pul qazandı amma heç kim mənim qədər zövq ala bilmədi. Doqquz ildə iyirmi kubok qazanmışdı Paisley. Özünü ‘‘İşlər bir az pis getsə dərhal ortalıqdan itər deyə tənqid edənlərə bu maraqlı cavabı vermişdi: ‘‘Sizə xatırladaram ki, mən pis günlərimdə də buradaydım - bir dəfə (liqada) ikinci olmuşduq. Doqquz ildə altı dəfə ‘‘İlin Baş Məşqçisi seçilmişdi və 85 matçlıq evdə məğlubedilməzlik rekordu qırmışdı. Bu məğlubedilməzliyə 63 liqa matçı daxil idi və 7 Fevral 1978-ci ildən 31 yanvar 1981-ci ilə qədər sürdü. Yalnız Liverpul klubunun ən müvəffəqiyyətli məşqçisi deyil, bütün futbol tarixinin ən müvəffəqiyyətlisi olmuşdu və hələ də ən müvəffəqiyətlidir. Bir gün müvəffəqiyyəti bəzi məşqçilər tərəfindən tutulacaq hətta keçiləcəksə belə yenə də kuboku ilk olaraq eyni klubda üç dəfə Çempionlar Liqası qazanan məşqçi deyə xatırlanacaq sonsuza qədər Bob Peysli. 19 il əvvəl 14 fevralda həyatını itirən və "Liverpul"a qızıl illərini yaşadan bu sevimli adamı sevgi, hörmət, həsrət və rəhmətlə xatırlayırıq. Kenny Kenni Dalqlişin sözləri: ‘‘Yalnız bir dənə Bob Peysli var idi və o ən böyük idi. Çox geniş bir futbol məlumatına sahib idi. Özünə başqa heç kimə olmadığım qədər minnətdarım. Əsla onun kimisi gəlməyəcək.
Nailiyyətləri
redaktəPeysli başçılıq etdiyi Liverpulda Premyer Liqanın (6 dəfə), Liqa Kubokunun (3), İngiltərə super Kubokun (6), UEFA Çempionlar Liqasının (3), UEFA Super Kubokunun (1), və UEFA Avroliqanın (1) qalibi olub.
- İngiltərə Premyer Liqası (6): 1975-76, 1976-77, 1978-79, 1979-80, 1981-82, 1982-83;
- Liqa Kuboku (3): 1980-81, 1981-82, 1982-83;
- İngiltərə Super Kuboku (6): 1974, 1976, 1977, 1979, 1980, 1982;
- Çempionlar Liqası (3): 1976-77, 1977-78, 1980-81;
- Avropa Super Kuboku (1): 1977;
- UEFA kuboku (Avroliqa) (1): 1975-76;
- Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) versiyasına görə 6 dəfə (1976, 1977, 1979, 1980, 1982, 1983) ilin ən yaxşı məşqçisi seçilmişdir.