Blincik - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Blinçik (rus. Блины) Mayalı xəmirdən qızartma üsulu ilə bişirilmiş nazik kökə.
Ərzaqlar
redaktə16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün
Blinçik Üçün:
redaktə- 2 yumurta
- 1 xörək qaşığı şəkər tozu
- bir çimdik duz
- 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
- 1 1/5 stəkan un
- 2 xörək qaşığı duru yağ
İçi Üçün:
redaktə- 500 q çəkilmiş mal əti
- 1 ədəd orta boy soğan
- duz
- istiot
- qızartmaq üçün duru yağ
Hazırlanma qaydası
redaktəƏvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Ət-soğan qızardıqdan sonra onu ət çəkən maşından keçirin ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin).
İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.
Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün. Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın.
Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün.
İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kalorili olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verilir.