Blend A Med - Wikipedia
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi.
Crest | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Diş məcunu |
Məhsulu | Diş pastası |
Təsis tarixi | 1955 |
Baş qərargahın yeri | ABŞ |
Struktur | |
Ana şirkət | Procter & Gamble |
crest.com |
Tarixi
redaktəŞirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur. Araşdırmaların pantenti isə Doktor Nebergelə təqdim edilir.
Procter & Gamble şirkəti tərəfindən patentin xərcləri ödənmiş və daha sonra araşdırmalarının aparıldığı İndiana Universitetində şirkətin vəsaiti hesabına yeni bir dental araşdırmalar mərkəzi yaradılmışdır. Procter & Gamble tərəfindən yaradılan bu mərkəz bu gün Crest İnşaat Evi adlandırılır.[1][2][3] Bu gün Blend-a-Med diş məcunlarının hazırlanmasında Sodium Floriddən istifadə olunur. Diş minasında cürüklərin qarşısını alınmasında istifadə edilən bu maddə bir çox diş məcunların tərkibində də yer alır. Blend-a-Med dünyanın bir çox dental mərkəzləri eyni zamanda Amerika Stomatoloqlar Assosiasiyasının həqiqiq üzvü və tərəfdaşıdır.[4]
Hal-hazırda Blend-a-Med tərəfindən diş və ağız müdafiəsi üçün nəzərdə tutulan iyirmiyə yaxın məhsul istehsal edilməkdədir. Diş məcunu, diş fırcası, diş ipi ağız yaxalayıcısı və ya nəfəs təravətləndirici istehsal edilən əsas məhsulların sırasında gəlir. İstehsal edilən diş məcunlarından Crest Pro Health, Crest 3D White və Crest Tartar Protection göstərmək olar. Bu gün istifadə edilən Crest loqosu Donald Deskey tərəfindən hazırlanmışdır. Şirkət Procter & Gamble qrupuna daxil olduqdan sonra əhatə etdiyi çoğrafi ərazilərə uyğun olaraq Crest və Blend-a-Med adları altında satılmağa başladı. Bu gün dünyanın onlarla ölkəsində satılan diş məcunları istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunlarınını sırasında gəlir.
İstinadlar
redaktə- ↑ Harry G. Day: Development of Chemistry at Indiana University in Bloomington 1829–1991, Bloomington 1992, pp. 355, 463–71
- ↑ Davis Dyer et al.: Rising tide. Lessons from 165 years of brand building at Procter & Gamble, Procter & Gamble Co. 2004
- ↑ Indiana University homepage Arxivləşdirilib 2009-02-18 at the Wayback Machine Accessed Jan. 31, 2009
- ↑ ADA Seal Product Report[ölü keçid]