Blef Film 1976 - Wikipedia
"Blef", adının digər variasiyası - "Blef - fırıldaqçıların və kələkbazların hekayəsi" (it. Bluff – Storia di truffe e di imbroglioni) - 1976-cı ildə baş rollarda Adriano Çelentano və Entoni Quinnin çəkildiyi italyan cinayət komediya filmidir. Bu filmdəki roluna görə Çelentano “David di Donatello” İtaliya Milli Film Mükafatını qazanmışdır.
Blef | |
---|---|
it. Bluff - Storia di truffe e di imbroglioni | |
Janr | komediya filmi[1], soyğun filmi, baddi-film[d] |
Baş rollarda | |
İlk baxış tarixi | 15 aprel 1976[3], 13 avqust 1976[3], 27 oktyabr 1976[3], 3 yanvar 1977[3], 3 avqust 1978[3], sentyabr 1978[3], 1 dekabr 1979[3], aprel 1981[3], 1 oktyabr 1981[3], 27 noyabr 1981[3], 21 oktyabr 1983[3], 12 aprel 1984[3], 21 dekabr 1985[3] |
Müddət | 110 dəq. |
Ölkə | |
Dil | italyan dili |
Rəng | rəngli |
IMDb | ID0076101 |
Süjet xətti
redaktəFilmdəki hadisələr təxminən 1930-cu illərin əvvəllərində Fransada baş verir.
Ölümcül gözəlliyi olan Bell-Dukun (mafiyanın başçısı və kazino sahibi) dəmir barmaqlıqlar arxasında vaxtını keçirən məşhur fırıldaqçı Filip Banq ilə köhnə hesabları vardır. Filip Banq yol getdikləri qatarın məhbuslar üçün nəzərdə tutulmuş olan tualetindəki ventilyasiyadan qaçmağa qərar verir, lakin işlər elə gətirir ki, onun yerinə Feliks adlı başqa bir fırıldaqçı qaçır. Onu Banqla səhv salan Bell-Dukun əlaltıları onu qadının yaxtasına aparırlar və burada oyundan sonra aldadıldıqları üzə çıxır. Feliks də onu görən an yoxa çıxmış və onun üçün zanbaq çiçəyi qoymuş füsunkar bir qəriblə tanış olur. Filiplə barışmaq üçün Bell-Duk və onun əlaltıları Feliks adlı bu fırıldaqçını Filip Banqın həbsdən qaçışını təşkil etməyə məcbur edirlər.
Qaçış müvəffəqiyyətli olsa da, bir neçə fırıldaqçı da Bell-Duku aldatmağa və onun burnunun dibindən yoxa çıxmağa nail olurlar. Həmçinin məlum olur ki, Filip Banq da öz növbəsində Bell-Dukdan qisas almaq istəyir. Bunun üçün o, poker blefinə oxşayan möhtəşəm bir kələk planlaşdırır.