Blans Orlean Hersoqinasi - Wikipedia
Orleanlı Blanş (fr. Blanche d'Orléans; 1 aprel 1328 – 8 fevral 1393, Vensen) — Fransa kralı IV Çarlzın qızı, ilk Orlean hersoqinası.[1] Eyni zamanda o, Kapetinqlər sülaləsinin son nümayəndəsidir.
Blanş | |
---|---|
fr. Blanche de France | |
18 yanvar 1345 – 1 sentyabr 1375 | |
Əvvəlki | - |
Sonrakı | Valentina Vizkonti |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1328 |
Vəfat tarixi | 8 fevral 1393 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | IV Şarl |
Anası | Evolu Janna (Fransa kraliçası) |
Həyat yoldaşı |
|
Ailəsi | Kapetinqlər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Blanş, Fransa kralı IV Çarlzın yetkinlik yaşına çatan yeganə qızı və varisi olaraq 1328-ci ildə dünyaya gəldi. Ancaq dünyaya gələndə artıq atası vəfat etmiş, səltənət parçalanmışdı. Belə ki, Navarra taxt-tacına əmisi X Lüdovikin qızı Janna, Fransa taxt-tacına isə atasının əmisi oğlu Valualı Filipp sahiblənmişdi. Beləcə, Kapetinqlər sülaləsinin kişi şəcərəsi sonlanmış, Fransa taxt-tacı onun alt-qolu olan Valua sülaləsinin əlinə keçmişdi.
Ancaq Valua sülaləsinin hakimiyyətə gəlməsi bəzi yerli əsilzadələri narazı salmışdı. Bu səbəblə, mərhum kralın yeganə varisi olan qızı Blanşın evliliyi mühüm məsələ idi. Yeni kral VI Filipp 8 yanvar 1345-ci ildə onu öz kiçik oğlu Orlean hersoqu Filipplə evləndirdi. Hersoqun evlilikdən kənar övladları olsa da, bu evlilikdən cütlüyün övladı olmadı. Buna görə də 1376-cı ildə vəfat edən Orleanlı Filippin bütün mülk və ünvanları səltənətə tərəfindən müsadirə edildi.
Orleanlı Blanş 1393-cü ildə vəfat etdi və cənazəsi Sen-Deni Bazilikasına dəfn olundu.
Mənbə
redaktə- Jean-Marc Cazilhac: Jeanne d'Evreux, Blanche de Navarre : Deux reines de France, deux douairières durant la Guerre de Cent ans, Editions L'Harmattan, 2010, 178 p., p. 20
- d'Avray, David (2015). Papacy, Monarchy and Marriage 860–1600. Cambridge University Press
- Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnerships, 1274-1512. Palgrave Macmillan
İstinadlar
redaktə- ↑ Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149