Bizans Genuya Muharibesi 1348 1349 - Wikipedia
Bizans-Genuya müharibəsi (1348-1349) – 1348-1349-cu illərdə Bizans İmperiyası və Genuya Respublikası arasında Bosfor boğazından keçidə görə qoyulan xərac üstündə baş verən müharibə.
Bizans-Genuya müharibəsi (1348-1349) | |||
---|---|---|---|
Tarix | 1348-1349 | ||
Yeri | Egey dənizi, Bosfor, Konstantinopol | ||
Səbəbi | Bosfor boğazından keçidə görə alınan xərac | ||
Nəticəsi | Genuyanın mövqeləri dəyişmir. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Müharibə qabağı vəziyyət
redaktə1261-ci ildə bağlanan Nimfeya müqaviləsindən sonra Genuya Qalatada məskən salır. Bosfordan keçməklə ticarətdən Qalatanın gəliri 200.000 qızıl olan zamanı Bizans İmperiyası 30.000 qızıl gəlir gətirirdi. Bizans donanması dağılmış vəziyyətə gəlir və genuyalılar öz sərfəli mövqeylərində qalırdılar.
Müharibənin gedişi
redaktəBosfor üzərində hakimiyyəti əla almaq üçün VI İoann ticarət və döyüş gəmilərinin tikilməsini əmr edir.
Qalatiyalılar imperatorun müharibəyə hazırlaşdığını görüb Qalatiyada müdafiə üçün tikililər tikirlər, daha sonra Genuya donanması Konstantinopola hücüm edir. Fırtına və yunan admirallarının təcrübəsizliyi nəticəsində Bizans donanması döyüşdən qabaq məhv olur. Buna cavab olaraq Bizans ordusu Qalatiyanın mühasirəsinə başlayır. Bir-neçə həftədən sonra Genuyadan bir qrup səlahiyyətli şəxs gəlir və Genuya Respublikası ilə Bizans İmperiyası arasında sülh müqaviləsi bağlanır.
Müqaviləyə əsasən Genuya 100.000 qiperpir təzminat ödəyir, Qalatadan kənər olan torpaqları Bizans İmperiyasına verir, eləcə də Konstantinopola hücüm etməməyə söz verir..
Mənbə
redaktə- Georgi Ostroqski. History of the Byzantine State, Rutgers University Press, (1969)
- John Norwich. A Short History of Byzantium, Alfred A. Knopf Press, New York, (1997)