Birlesmis Universal Sehmdar Banki - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Kapital Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı.
Kapital Bank | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyəti |
Sənaye | Bank sektoru |
Məhsulları | Nağd pul krediti, Biznes kreditləri, Birbank |
Təsis tarixi | Rusiya Əmanət Bankının kassası: 24 iyul 1874 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 5000-dən çox |
Rəhbərlik | |
Rəhbərlik |
Müşahidə Şurasının sədri Rövşən Allahverdiyev İdarə Heyətinin sədri Fərid Hüseynov |
kapitalbank.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixçə
redaktə1874-cü ilin 24 iyulunda Bakıda əmanət kassası yaradılıb. İlk əmanət kassaları Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Şöbənin icraçı rəhbəri İvan Samsonoviç Xandojevski adlı şəxs idi. Uçot Komitəsinin tərkibində isə Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.
Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu, 1 dekabr 1919-cu ildə əmanət kassalarının fəaliyyəti də bərpa edildi.
1920-ci ilin 28 aprelində ADR-in süqutunun ardınca Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi. 1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı. 1988-ci ildə həmin kassalar SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi. 11 fevral 1992-ci ildə bu bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.
29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alındı.
Xidmət şəbəkəsi
redaktəHazırda "Kapital Bank" ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq"-ə məxsusdur. Bankın nizamnamə kapitalı 185 mln AZN-dir. 113 filialı və 24 şöbəsi ilə Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.[1] 3 milyondan çox aktiv ödəniş kartlarının sayı ilə də Bank Azərbaycanda liderdir.[2]
Universal bank olan Kapital Bank həm fiziki, həm də korporativ müştərilərə xidmət göstərir. Bank tərəfindən 3 milyondan çox fiziki və 22 mindən çox korporativ müştəriyə xidmət göstərilir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda da yaxından iştirak edir.
Reytinqi
redaktə2019-cu ildə Kapital Banka beynəlxalq reytinq agentlikləri Standard & Poor's və Moody’s tərəfindən reytinqlar verilmişdir. Standard & Poor's agentliyi Kapital Banka uzunmüddətli "BB-/B" reytinqini vermiş, Bankın reytinq proqnozunu "pozitiv" kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq "BB-/B" olmuşdur. Moody’s İnvestors Service isə Kapital Bankın xarici valyutada olan depozitlərinin uzunmüddətli reytinqini "Ba3" səviyyəsində təyin etmişdir. Bütün reytinqlərə "sabit" proqnozu verilmişdir.[3]
Müşahidə Şurası
redaktə- Müşahidə Şurasının Sədri — Allahverdiyev Rövşən Şamil oğlu (Kapital Bank)
- Müşahidə Şurasının üzvü — Cəlal Ələkbər oğlu Qasımov (PAŞA Holdinq, Baş İcraçı direktor)
- Müşahidə Şurasının üzvü — Fərid Usad oğlu Məmmədov
- Müşahidə Şurasının üzvü — Rauf Yusif oğlu Hacıyev
- Müşahidə Şurasının üzvü — Oqtay Arif oğlu Həsənov
Rəhbərlik
redaktə- İdarə Heyətinin Sədri — Hüseynov Fərid Arif oğlu (5 may 2023-cü ildən) [4]
- İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı — Mirzəyev Cavid Akif oğlu [4]
- İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı — Məmmədov Emin Ağaverdi oğlu [4]
- İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı - Hidayətzadə Fərid Səbuhi oğlu [4]
- İdarə Heyəti sədrinin müavini — Məmmədov Yaşar Zeynalabdı oğlu
Müşahidə Şurası
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi". Kapital Bank (az.). 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
- ↑ "Arxivlənmiş surət". 2020-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
- ↑ https://kapitalbank.az/about-bank/ratings[ölü keçid]
- ↑ 1 2 3 4 https://www.kapitalbank.az/korporativ-struktur
- ↑ 1 2 3 "Kapital Bank korporativ idarəetmənın başlıca prinsipləri". www.kapitalbank.az (az.). İstifadə tarixi: 2023-07-28.
Xarici keçidlər
redaktə- kapitalbank.az — Rəsmi saytı