Birinci Inonu Doyusu - Wikipedia
Birinci İnönü döyüşü — Türkiyə İstiqlaliyyət müharibəsindəki Türk-Yunan müharibələrində yunan ordusu ilə türk Ankara Hökumətinin ordusu arasında 6-11 yanvar 1921-ci il tarixlerində baş vermiş bir döyüş.
Birinci İnönü döyüşü | |||
---|---|---|---|
Türk-Yunan müharibəsi | |||
Tarix | 6 - 11 yanvar 1921 | ||
Yeri | İnönü, Əskişəhər, Türkiyə | ||
Səbəbi | Yunanıstan ordusunu Türkiyəyə yeridilməsi | ||
Nəticəsi | Türkiyənin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Tarix
redaktə15 may 1919-cu ildə yunan orduları İzmir şəhərini işğal edir. 10 avqust 1920-ci ildə isə türk sultanının nümayəndəsi Sevr sülh sazişini imzalayır ki, bu anlaşmaya görə Yunanıstana Şərqi Frakiya (bəzi mənbələrdə Trakiya), bütün İzmir vilayəti, İmbros və Tenedos adaları keçirdi. Yunan ordusu bu ərazilərə öz ordularını yeridərək qarşılarındakı bütün partizan və üsyançı türk dəstələrini əzirdi.
Yunan ordusunun hərəkətləri Türkiyə Böyük Millət Məclisini qəti addımlar atmağa vadar etdi. Böyük Millət Məclisi sultan hökumətini vətən xaini və satqın elan edir və Sevr müqaviləsini tanımır. Mustafa Kamal Atatürk və onun silahdaşları təcili olaraq şərq cəbhəsindəki qoşunları qərbə ataraq yeni dəstələr yığmağa başlayır.
Döyüş
redaktəYanvar ayının əvvəlində general Papulasın başçılığı altında olan yunan ordusu Bursadan Əskişəhər istiqamətində hərəkət etməyə başlayır. 6–9 yanvar 1921 tarixləri arasında döyüşlər örtmə və təhlükəsizlik qüvvələri əməliyyatı şəklində reallaşdı. 9 yanvarda onlar ilk türk qoşunları ilə rastlaşır və İnönü dəmir yolu stansiyasında döyüşə girirlər. Döyüş axşam saatlarınadək davam edir ancaq türklərin müqavimətini qıra bilmir.
10 yanvar yunan diviziyası Kovalca-Aknınar xətti, digəri isə Yeniköy-Teke-Hayriye istiqamətində hücuma keçir. İlk həmlə uğurlu alınır və Mustafa Fevzinin başçılıq etdiyi türk müdafiə korpusu geri çəkilərək, qərb cəbhəsinin komandanı İnönünün məsləhəti ilə Çuxurhisarda cəmləşir.
Yunanların Kovalca-Aknınar xəttini almaqlarına baxmayaraq yardıma gələn əlavə türk dəstələrini görüb anlayırlar ki, türklər bu hissədən çıxmayacaqlar. Əlavə döyüşə hazır olduqlarını görməyən yunanlar 11 yanvar İnönü stansiyasından çəkilir.
Nəticəsi
redaktəBu döyüş digərlərindən elədə mürəkkəb olmadığına baxmayaraq göstərdi ki, türk inqilabçıları hesablaşmağa vadar edən bir qüvvədir. Yüksək taktiki göstərişlərinə görə polkovnik Mustafa İsmət İnönüyə general rüstbəsi verilir. Bu döyüşdə qazanılan prestij türklərin öz konstitusiyalarını qurmağa və RSFSR ilə Moskva sazişini bağlamağa imkan yaratdı. Hərbi uğurdan istifadə edərək Mustafa Kamal Atatürk italyan hökuməti ilə danışıqlara başlayır və artıq 13 mart italyan ekspedisiya korpusu Anadolunu tək edir.
Həmçini bax
redaktəMənbə
redaktə- И. Г. Дроговоз "Турецкий марш: Турция в огне сражений", — Минск: "Харвест", 2007. ISBN 978-985-16-2075-9 (rus.)
- ↑ 1 2 3 Mustafa Armağan, "Zafersiz kahraman İnönü" Arxiv surəti 24 fevral 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib fevral 24, 2010, at the Wayback Machine ("İnönü, a hero without victory"), Zaman, February 21, 2010 (türk.)