Bioshock - Wikipedia
BioShock — "2K Boston" və "2K Australia" tərəfindən hazırlanmış və "2K" tərəfindən paylanmış birinci şəxs atıcı videooyunu. "BioShock" ilk dəfə 2007-ci ilin avqustunda Microsoft Windows və Xbox 360 üçün satışa çıxarılmışdır. Oyun bir il sonra 2008-ci ilin oktyabrında PlayStation 3 üçün buraxılmışdır.
BioShock | |
---|---|
| |
Hazırlayanlar | Irrational Games[d] |
Yayımlayanlar | 2K Games |
Seriya | BioShock[d] |
Buraxılış tarixləri | 21 avqust 2007 |
Sonuncu versiya |
|
Sonuncu beta-versiya |
|
Janr | birinci şəxs atıcı |
Rejissor |
|
Texniki məlumat | |
Platforma | Xbox 360, PlayStation 3, Microsoft Windows, macOS, iOS |
Mühərrik | Unreal Engine 2.5[d][1] |
Oyun rejimi | birnəfərli oyun[2] |
İnterfeysin dili | alman dili, rus dili |
Daşıyıcı | optik disk, rəqəmsal distribusiya |
İdarəetmə | kompüter siçanı, sensor ekran |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı ildə keçən bu oyunda oyunçular Cek adlı bir personaj kimi oynayırlar. Cek varlı iş adamı Endrü Rayan tərəfindən suyun altında salınmış şəhər olan Rapture-ni kəşf edir. Bu şəhər insanlara super güclər bəxş edən xüsusi bir genetik material "ADAM"ın tapılması nəticəsində süquta uğramışdır. Oyunda Cek bu şəhərdən qurtulmağa çalışır. O, cəhdində "ADAM" adlı maddəyə köklənmiş düşmənlərlə mübarizə aparmalı olur. Oyunda o, hələ də ağlı başında olan bir neçə adamla rastlaşır və onlardan Rapture-nin tarixi haqqında məlumat əldə edir. Cek oyunda silahlar, plazmidlər və müxtəlif üsullarla düşmənləri məğlub edə bilir.
"BioShock"un konsepsiyası Ken Levin tərəfindən yaradılmışdır. O, distopik və utopik cəmiyyətlər haqqında yazan yazıçıların və tarixi şəxsiyyətlərin fikirlərindən ilhamlanmışdır. Oyun oyunçulara düşmənlərlə döyüşərkən hiyləgərlik (ing. stealth) etməyə və müəyyən personajları xilas etmək və ya öldürmək barədə qərar qəbul etməyə imkan verir. Oyun survival horror janrından, xüsusən də "Resident Evil" seriyasından ideya və xüsusiyyətləri daşıyır. Oyun "System Shock" seriyasının davamı olaraq görülür. "BioShock" üzərində işləmiş insanlar, Levin daxil çoxusu əvvəllər "System Shock" oyunlarında da birlikdə işləmişdilər, ona görə də "BioShock" çox vaxt həmin seriyanın davamı və ya mənəvi varisi hesab edilir.
"BioShock" hekayəsi, mövzuları, qrafikası və oyun mexanikasına görə tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Çoxları oyunu ən yaxşı video oyunlarından biri hesab edir və onun incəsənət növü sayılmalı olduğuna inanırlar. Onlar oyunun video oyunların sənət forması ola biləcəyinə dair yaxşı bir nümunə olduğunu düşünürlər. "BioShock"un "BioShock 2" və "BioShock Infinite" adlı iki davamı var idi. Oyun həmçinin konsol versiyalarından sonra macOS və mobil cihazlar üçün də buraxılmışdır. "BioShock" oyunlarının bir hissəsi kimi kompüterlər və oyun konsolları üçün oyunun yeni və təkmilləşdirilmiş versiyası yayımlanmışdır.