Binqo - Wikipedia
Binqo vilayəti (備後国, Binqo no kuni?) — Yaponiyanın Honşu adasının qərbində, Tohoku regionunda mövcud olmuş tarixi vilayət. Müasir dövrün Hiroşima prefekturasının qərb hissəsini əhatə etmişdir.[1]
Tarixi
redaktəQədim dövrlərdə Binqo Kibi (吉備国) dövlətinin tərkib hissəsi olmuşdur. VII əsrdə üç hissəyə, Binqo (備後 — Arxa Kibi), Bittyü (備中 — Orta Kibi) və Bidzenə (備前 — Ön Kibi) bölünmüşdür.
Binqo vilayəti Daxili Yapon dənizinin sahilində xüsusi strateji önəmə malik idi. Tomo və Onomiti limanları paytaxt Kiotodan qərb vilayətlərinə gedən strateji yolun üzərində yerləşirdi.
XVI əsrdə Binqo vilayəti Mori klanının ərazisi idi. XVII–XIX əsrlərdə isə sahilyanı torpaqlar Tokuqava klanı ilə qohumluq əlaqələri olan Masudayra ailəsinin torpağı olmuşdur. Şimaldakı dağlıq ərazi qonşuluqdakı Aki vilayətinə sahib olan Asano klanı tərəfindən idarə olunurdu.
1875-ci ildə keçirilmiş inzibati islahat nəticəsində vilayətin ərazisi yeni yaradılmış Okayama prefekturasına daxil edilsə də, bir il sonra Hiroşima prefekturasına daxil olmuşdur.
Tarixi rayonları
redaktə- Yasuna (安那郡)
- Fukasu (深津郡)
- Cinseki (神石郡)
- Nuka (奴可郡)
- Numakuma (沼隈郡)
- Honci (品治郡)
- Aşida (葦田郡)
- Konu (甲奴郡)
- Mikami (三上郡)
- Eso (恵蘇郡)
- Mitsuqi (御調郡)
- Sera (世羅郡)
- Mitani (三谿郡)
- Miyoşi (三次郡)
- Yoşikatana (吉刀郡)
İstinadlar
redaktə- ↑ Nussbaum, Louis-Frédéric. (2005). "Bingo" in Japan Encyclopedia, p. 76, səh. 76, Google Books-da.
Xarici keçidlər
redaktə Yaponiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |