Bilal Heseni - Wikipedia
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi.[1][2] O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Bilal Həsəni | |
---|---|
fr. Bilal Hassani ərəb. بلال حسني | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Bilal Həsəni fr. Bilal Hassani ərəb. بلال حسني |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vətəndaşlığı | Fransa |
Milliyyəti | Mərakeş |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, "YouTube" kanal müəllifi |
Fəaliyyət illəri | 2015–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Albom şirkəti | Low Wood |
Əlaqəsi | Madame Monsieur |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Musiqi karyerası
redaktə2015: The Voice Kids
redaktəBilal hələ beş yaşında ikən oxumağa başlamış və daha sonra musiqi dərsləri almağa başlamışdır. O dostunun təkidi ilə 2015-ci ildə Fransanın The Voice Kids səs yarışmasının dinləmələrinə qatılmışdır. İlkin dinləmədə Konçita Vurstun "Rise Like a Phoenix" mahnısını ifa edən Bilal Patrik Fyorinin komandasında yer alaraq, növbəti mərhələyə adlamışdır.
Destination Eurovision
redaktə2018-ci ilin dekabr ayında France 2 telekanalı 2019 Avroviziya Mahnı Müsabiqəsində Fransa təmsilçisinin təyin edilməsi üçün keçirilən Destination Eurovision mahnı yarışmasında iştirak edəcək olan Bilal Həsəninin də daxil olduğu 18 namizədi elan etmişdir.
4 yanvar 2019-cu il tarixdə Bilalın seçim turunda mübarizə apardığı "Roi" mahnısı təqdim olunmuşdur. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil edən Madame Monsieur dueti və Bilalın əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir. Mahnının əsas mövzusu özünü olduğu kimi qəbul etmək və stereotiplərə qarşı mübarizə aparmaqdır. Mahnıya çəkilmiş olan klip dörd gün ərzində 1 milyondan artıq izləyici kütləsi qazanmışdır. İki həftə ərzində rəqəm 6 milyonu keçmişdir.
Qalibiyyətə əsas favoritlərdən hesab olunan Bilal "Roi" mahnısı ilə seçim turunun yarımfinal mərhələsində böyük səs fərqi ilə birincilik əldə edərək, finala yüksəlmişdir. 26 yanvar tarixində keçirilən final şousunda Bilal yenidən öz mahnısı ilə çıxış etmiş və nəticədə 200 xal toplayaraq seçim turunda qələbə qazanmışdır.
Bilal müsabiqə üçün aparılan uzun məşqlərdən sonra müsabiqənin finalında "Roi" mahnısını ifa edərək 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 105 xal toplayaraq, 16-cı yerdə qərarlaşmışdır.
2019 Avroviziya Mahnı Müsabiqəsi
redaktəDestination Eurovision-da qələbə qazanmasının ardınca Bilal Həsəni "Roi" mahnısı ilə Fransanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir.
Diskoqrafiya
redaktəSinqllar
redaktə- 2016: Wanna Be
- 2017: Follow Me
- 2017: House Down
- 2018: Shadows
- 2018: Heaven with You
- 2019: Roi
İstinadlar
redaktə- ↑ "The Voice Kids : Bilal Hassani adoré par Janet Jackson et Amel Bent" (fransızca). www.purepeople.com. 2019-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2019.
- ↑ "Bilal Hassani candidat de la France à l'Eurovision ? Le youtubeur confirmé à Destination Eurovision" (fransızca). purebreak.com. 2019-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2019.
Əvvəlki: Madame Monsieur "Mercy" |
Fransa Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: – |