Beynek Nadir Kitablar Ve Elyazmalar Kitabxanasi - Wikipedia
Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası (ing. Beinecke Rare Book and Manuscript Library və ya qısaca: BRBL) Yel Universitetinde yerləşən və dünyanın nadir kitapları və əlyazmaları saxlanmış ən büyük kitabxanadır.
Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanası | |
---|---|
Beinecke Rare Book and Manuscript Library | |
| |
Ümumi məlumatlar | |
Ölkə | ABŞ |
Tipi | əlyazma və nadir kitablar |
Yaradılıb | 14 oktyabr 1963 |
Ünvan | 121 Wall St, New Haven, CT 06511[1][2][…] |
Digər məlumatlar | |
ISIL kodu | US-CTYBR |
Sayt | www.beinecke.library.yale.edu |
Vikianbarda əlaqəli mediafayllar |
Bu kitabxananın inşaası Beynek ailəsinin maddi dəstəyi vasitəsilə mümkün olmuşdur. ABŞ-lı memar Qordon Banşaft tərəfindən dizayn edilən kitabxana Yel Universitetinin “Heuit Quadrenql” bölgəsində və ya digər adı ilə Beynek Meydanında yerləşir.
Altı mərtəbəli rəflərdən ibarət, kvadrat şəkilli və pəncərəsiz kitabxananın fasadı günəş işıqlarını əks etdirən şəffaf Dani mərməri ilə örtülmüşdür. Tikiliyə yer altında tikilmiş 3 mərtəbə də daxildir.
Beynek Nadir Kitablar və Əlyazmalar Kitabxanasında yerləşən və İsamu Noquçi tərəfindən dizayn edilən heykəllər zamanı (piramida), günəşi (dairə) və inkişafı (kub) əks etdirir. Kitabxanada ən əhəmiyyətli yer dünyada sadəcə 48 nüsxəsi olan Quttenberq İncilinin saxlandığı zaldır. Bundan əlavə kitabxanada iş otaqları, oxu zalları, kataloq otağı, mikrofilm otağı, ofislər, kitab anbarı yerləşir.
Tarixi
redaktəXIX əsrin sonlarında Yel Universitetindəki nadir kitablar əvvəllər Qədim Kitabxana kimi tanınan, indiki Dvayt Zalı rəflərində qorunurdu. 1930-cu ildə Sterlinq Memorial Kitabxanası açıldıqda kitablar da ora köçürüldü. 14 oktyabr 1963-cü ildə Beynek kitabxanası açıldı və kitablarda bu yerə daşındı. Həmin il kitabxanaya 3 yeni kolleksiya gətirildi: Amerika Ədəbiyyat kolleksiyası, Qərbi Amerika kolleksiyası və Alman Ədəbiyyat kolleksiyası. Daha sonra kitabxanaya Ceyms Marşal və Mari-Luiz Osborn kolleksiyaları gətirilib.
Qorunan kitablar
redaktəBeynek Nadir Kitablar və Əlyazmalar kitabxanasında Yeyl Universitetinin toplamış olduğu 1601-ci ildən əvvəl nəşr olunmuş bütün kitablar qorunur. Universitetin topladığı kitablar arasında Latın Amerikasında 1751-ci ildən əvvəl nəşr olunmuş bütün kitablar, Şimali Amerikada 1821-ci ildən əvvəl nəşr olunmuş kitablar, ABŞ-də 1851-ci ildən əvvəl nəşr olunmuş kitablar, Avropada 1801-ci ildən əvvələ aid nəşrlər də aiddir. Həmçinin Slavyan, Uzaq və Yaxın Şərq mədəniyyətlərinə aid XVIII əsr kitabları da burada mühafizə olunur.
Qalereya
redaktə-
Kitabxananın iç görünüşü
-
Kitab rəfləri
-
Qutenberq İncili
-
Kitabxanadan gözəl mənzərə
-
Voyniç əlyazması bu kitabxanada qorunur
- ↑ Google Maps. 2005.
- ↑ WorldCat (çd.). 1971.