Beynelxalq Yenidenqurma Ve Inkisaf Banki - Wikipedia
Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, BİYB ing. International Bank for Reconstruction and Development ) — beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı. BİYB 1944-cü ildə Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yardılmışdı.[1]
BİYB-nın rəhbər orqanları ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğudur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümu kapitalının 20%-dən çox hissəsi ABŞ-nin payına düşür. Dünya Bankının qərargahı Vaşinqtonda yerləşir. Əsasən Dünya Bankının məqsədi aşağıdakıları əhatə edir:
- üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardımçı olmaq;
- xarici maliyyə qaynaqlarından daxilolan investisiya vəsaitləri ilə üzv ölkəri təmin etmək;
- ölkələrin xarici dövlət borcu mexanizmni normal hala gətirmək və bu yöndə meydana çıxan əsaslı çətinlikləri aradan qaldırmaq;
- ölkələr üçün daha sərfəli investisiya mənbələrini müəyyən etmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək;
- üzv ölkələrin yerli şirkətlərinin maliyyə mənbələrinə yaranan ehtiyacın aradan qaldırılması və s.
Bu maliyyə qrumu öz tərkibində Beynəlxalq İnkişaf Assosiasiyası (BİA); Beynəlxalq Maliyyə Korporasiyası (BMK); İnvestisiya Zəmanəti üzrə Çoxtərəfli Agentlik (İZÇA)-yi birləşdirir.