Beyleqan Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci ildə Heydər Əliyevin regionlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında verdiyi tarixi qərardan sonra, 1981-ci ildə yaradılmış muzey.[2]
Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1981 |
Ölkə | |
Yerləşir | Beyləqan rayonu |
Direktor | Mehriban İsgəndərova[1] |
Telefon | (21) 225-35-31 |
Muzeyin tarixi
redaktə1981-ci ildə yaradılan muzeyin binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu.
Muzeyin eksponatları
redaktə2018-ci ildə muzeyin 1050 kvadratmetrlik yeni binasında ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, 60 yerlik konfrans zalı, 12 yerlik dəyirmi masa zalı, bir texniki otaq mövcud idi.[3]
Muzeyin fondunda və kolleksiyasında tunc, dəmir dövrünə aid, erkən orta əsr və orta əsrlərə aid gil və saxsı qablar, şirli və şirsiz qab nümunələri, XIX əsrə aid mis qablar və s. eksponatlar var. Ekspozisiya salonunda Beyləqanın qədim dövrdən bu günə qədər olan siyasi və ictimai tarixi, maddi-mədəniyyət nümunələri, mədəni-iqtisadi həyatı, fotolar və tarixi məlumatlar nümayiş etdirilir. Ən uzunömürlü eksponat e.ə. II–III minilliyə aid güldanlardır. Bardaq və güldanlar olan digər eksponatlar isə e.ə. I minilliyə və eramızın V əsrinə qədər Soltanbud, Paytakaran şəhər xarabalıqlarından tapılıb.[1]
Muzeyin əsas fondunda 6087-dən çox eksponat var. İl ərzində muzeyə təxminən 30 000-dən çox tamaşaçı gəlir.
- ↑ 1 2 "Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan". sputnik.az. 20 mart 2019. Archived from the original on 2023-07-03.
- ↑ "Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyi". kurdamir.mctgov.az. 2019-12-05 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Beyləqanda əsaslı şəkildə yenidən qurulan tarix-diyarşünaslıq Muzeyinin açılışı". azertag.az. 13 feval 2019. 2020-03-10 tarixində arxivləşdirilib.