Beyker Adasi Alyaska - Wikipedia
Beyker_adası_(Alyaska) - Haqqında Məlumat
Beyker adası (ing. Baker Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərb sahillərində yerləşir. Qonşu adalar: şimal-qərbdə Noyes, şimalda Lulu və cənub-şərqdə Suemes adası. Kiçik San Juan Batista və Sent İqnas adaları Beyker adası ilə Uels Şahzadəsi adasının qərb sahili arasında yerləşir. Adanın sahəsi 115,1 km²-dir[1]. Daimi əhalisi yoxdur.
Beyker adası | |
---|---|
ing. Baker Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 115,1 km² |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
55°21′43″ şm. e. 133°34′58″ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
Adanı 1741-ci ildə görən ilk avropalı rus tədqiqatçısı Aleksey Çirikov olmuşdur[2]. Ada 1879-cu ildə Amerika təbiətşünası Vilyam Doll tərəfindən Markus Beykerin (1849–1903) şərəfinə adlandırılmışdır.
İstinadlar
redaktə- ↑ Islands by land area: United Nations Environment Programme Arxivləşdirilib 2015-12-01 at Archive.today (ing.)
- ↑ Golder, Frank Alfred and Leonhard Stejneger. Bering’s voyages: an account of the efforts of the Russians to determine the relation of Asia and America. — New York: American Geographical Society, 1922.