Betula Raddeana - Wikipedia
Radde tozağacı (lat. Betula raddeana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu C2a(ii). Qafqazın nadir, endemik növüdür.
Radde tozağacı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Radde tozağacı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qısa morfoloji təsviri
redaktəAğ və ya qonurqabıqlı çoxda böyük olmayan ağacdır. Yarpaqları yumurtavari və ya uzunsov-yumurtavari, yuxarı hissədən iti, yan hissələrdən nahamar dişciklidir. Meyvə verən sırğa çiçək qrupu təkdir, yumurtavari-ellipsşəkillidir, 2–2,5 sm uzunluğunda, 10–14 mm enində, qısa sallanan ayaqcıqda yerləşir. Qozaları yuxarı hissədən böz-tükcüklü, 2–2,5 mm uzunluğundadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəklənməsi iyul ayında baş verir. Subalp qurşağının aşağı hissəsində karbonatlı dağ süxurları əmələ gələn meşələrdə rast gəlinir. Təmiz və ya Litvinov tozağacı, quşarmudu və s. Cinslərlə birlikdə, bəzən də meşəaltı Qafqaz xanıməlisindən ibarət bitki senozu yaradır. Azərbaycanda tozağacı meşələri yuxarı dağ-meşə qurşağında yerləşməklə böyük torpaqqoruyucu və sutənzimləyici əhəmiyyətə malikdir. Dekorativ bitkidir.
Çохalması
redaktəTоxumla və vegetativ yolla çoхalır.
Yayılması
redaktəBöyük Qafqazın Quba sahəsi (Quba və Qusar rayonları).
Bitdiyi yer
redaktəDəniz səviyyəsindən 1600–2200 m yüksəklikdə olan subalp və alp qurşağı meşələrində və karbonatlı torpağı olan qarışıq meşələrdə daha çox rast gəlinir.
Ümumi yayılması
redaktəDağıstan, Cənubi Osetiya və Şərqi Zaqafqaziyada təbii arealı vardır.
Sayı və tendensiyası
redaktəPoplyasiya azalır, yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (tozağacı meşələrinin qırılması) və təbii amillərdir.
Mühafizə tədbirləri
redaktəÇoxaldılması və bərpası tələb olunur.