Bernardo Reyes - Wikipedia
Bernardo Doroteo Reyes Oqazon (isp. Bernardo Doroteo Reyes Ogazón; 30 avqust 1850[1], Quadalaxara – 3 fevral 1913, Mexiko) — Meksika generalı və siyasətçisi.
Bernardo Reyes | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 avqust 1850[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 1913 (62 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBernardo Doroteo Reyes Oqazon 30 avqust 1850-ci ildə Qvadalaxarada anadan olmuşdur. O, 1902-ci ildən Nuevo-Leon qubernatoru, 1901-1903-cü illərdə hərb naziri olmuşdur. 1909-cu ildə özünü respublika prezidentliyinə namizəd kimi təqdim etmişdir. Buna baxmayaraq, Porfirio Diasın düşmənçiliyini nəzərə alaraq, o, Meksikanı tərk edərək Avropaya mühacirət etmişdir. 1911-ci ildə Diasın hakimiyyətinin süqutundan sonra Meksikaya qayıtmışdır. Onun Fransisko İqnasio Maderoya qarşı çevriliş etmək cəhdi uğursuz olmuşdur. Reyes iki il sonra Maderonu devirmək üçün Feliks Dias və Viktoriano Uerta ilə birləşmiş, lakin prezident sarayına daxil olanda öldürülmüşdür.[2]
İstinadlar
redaktə- ↑ 1 2 http://www.mexicoescultura.com/actividad/156208/en.
- ↑ "Reyes, Bernardo su Enciclopedia | Sapere.it". www.sapere.it. 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-08.