Bela Xotenasvili - Wikipedia
Bela Xotenaşvili (gürcü: ბელა ხოტენაშვილი; 1 iyun 1988-ci il təvəllüdlü) gürcü şahmat qrosmeysteridir. 2012, 2015 və 2017-ci illərdə qadınlar arasında Dünya Şahmat Çempionatında iştirak etmişdir.
Karyera
redaktəXotenaşivili 2004-cü ildə 16 yaşadək qızlar arasında keçirilən Dünya Gənclər Şahmat Çempionatını qazandı.[1] 2009-cu ildə Maya Çiburdanidze Kuboku turnirində Lela Cavaxişvilini tay -breyk hesabla məğlub edərək qazandı.[2][3] 2011-ci ildə İranın Rəşt şəhərində keçirilən 9-cu Xəzər Beynəlxalq Açıq turnirin D qrupu turnirində Nino Batsiaşvili ilə birinci yerə çıxdı.[4] Xotenaşvili 2012-ci ildə Gürcüstan Qadınlar Çempionatını qazandı.[5]
2013 və 2014-cü illərdə Xotenaşivili, FİDE Qadın Qran -Prisi seriyasında Tbilisi şəhərinin ev sahibi şəhər namizədi olaraq iştirak etdi. Cenevrədə baş tutan ilk mərhələni qazandı.[6] Bu qələbə ilə grandmaster titulu üçün tələb olunan üçüncü və son normasına çatdı. 2014-cü ilin dekabrında Qatar Masters Open'in ilk buraxılışında ən yaxşı qadın mükafatını qazandı.[7]
2016-cı ildə Xotenaşvili yenidən FIDE Qadınlar Qran Prisi seriyasına qatıldı. 2017-ci ildə ikinci dəfə Gürcüstan Qadınlar Çempionatını qazandı.[8]
Komanda tədbirləri
redaktəXotenaşvili 2010-cu ildən Qadın Şahmat Olimpiadasında, 2011-ci ildən Qadınlar Komanda Şahmatı üzrə Dünya Çempionatında, 2009-cu ildən Qadın Komanda Şahmatı üzrə Avropa Çempionatında Gürcüstan milli komandasında oynayır. Çinin Çendu şəhərində keçirilən Qadınlar üzrə Dünya Komanda Şahmat Çempionatı 2015'də ən yaxşı oyunçu olaraq iki qızıl medal qazandı. Gürcüstan komandası ilə birlikdə 2009 Qadın Avropa Komandası Çempionatında gümüş, 2010 Qadın Şahmat Olimpiadasında və 2011 Qadın Dünya Komanda Çempionatında bürünc medal qazandı.[9][10]
Qadın Avropa Şahmat Klubları Kubokunda Batuminin "Nona" komandası ilə 2014 və 2015-ci illərdə qızıl, 2016-cı ildə gümüş medal qazandı.
Şəxsi həyat
redaktəTbilisi Dövlət Universitetini bitirdikdən sonra Gürcüstan Texniki Universitetində oxumağa davam etdi. Beynəlxalq usta Vaxtanq Sulaşvili ilə evlidir, Mariami adlı bir qızı var.[11]
İstinadlar
redaktə- ↑ ""World Youth Chess Championship 2004, Heraklio, GRE. Categories for Boys and Girls under 10. 12, 14, 16, 18"". 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ "The Week in Chess 762" Arxivləşdirilib 2022-08-05 at the Wayback Machinetheweekinchess.com.
- ↑ "Bela Khotenashvili" Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Geneva2013.fide.com.
- ↑ ""9th-Khazar International Cup Open Chess 2011 (Group D)"". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ ""Bela Khotenashvili claims Georgian Women Championship"". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ ""Bela Khotenashvili Won the Geneva Grand Prix"". 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ ""Qatar Masters Open: 1st Female Prize Goes to Bela Khotenashvili"". 2015-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ ""The Week in Chess 1167"". 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ ""Georgia wins Women's World Team Chess Championship 2015"". 2015-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ ""Georgia takes gold in Women's World Team Chess Championship"". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.
- ↑ "Хотенашвили — мать, гроссмейстер и будущий магистр". 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.