Begemot - Wikipedia
Adi begemot, yaxud hippopotam (lat. Hippopotamus amphibius), həmçinin su atı[3] — iri, otyeyən məməli heyvandır, bədəninin uzunluğu 4–5 metrədək, çiyninin hündürlüyü 1,5 metrə yaxın, çəkisi 3–4,5 ton olur. Dərisi qalın və tüksüz, başı iri, burnu enli, gözləri və qulaqları xırda, ayaqları yoğun və qısadır. Barmaqlarının arasında üzmə pərdəsi var. Çay və göllərdə yaşayır, sahilə az çıxır. Ot ilə qidalanır. Boğazlıq müddəti 240 gündür. 1 bala doğur.
Begemot | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Begemot |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Etimologiya
redaktə"Begemot" sözü Qərbi Avropa dillərindən (fransız və ya alman) rus dilinə "Əyyub Peyğəmbərin Kitabı"ndan nəhəng və güclü heyvan (ivrit dilində behemot) mənasını verən söz kimi daxil olmuşdur.[4] "Behemot" sözünə qarşılıq olaraq dilimizdə rus dilindəki versiya (бегемот [beqemot]) əsas götürüldüyü üçün hal-hazırda bu söz Azərbaycan dilində "begemot" kimi işlənir.[5] Latın sözü olan hippopotam isə qədim yunanca ἱπποπόταμος (hippopotamos) , ἵππος (híppos) "at" və ποταμός (potamós) "çay" mənasını verir.[6][7][8] Yəni hippopotam sözü hərfi tərcümədə "çay atı" deməkdir.
XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə su atı (سو آتی) adlandırılmışdır.[9]
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ "Begemotı niyə su atı adlandırırlar?". portal.azertag.az. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-14.
- ↑ Книга Иова на церковнославянском языке. "Arxivlənmiş surət". Archived from the original on 2018-09-06. İstifadə tarixi: 2023-03-02.
- ↑ "Azleks – Azərbaycan dilinin izahlı lüğəti". 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
- ↑ ἱπποπόταμος Arxivləşdirilib 2023-02-19 at the Wayback Machine, ἵππος Arxivləşdirilib 2022-12-20 at the Wayback Machine, ποταμός Arxivləşdirilib 2023-03-07 at the Wayback Machine. Liddell, Henry George; Scott, Robert; A Greek–English Lexicon at the Perseus Project.
- ↑ "Hippopotamus" Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine. Merriam-Webster's Online Dictionary.
- ↑ Harper, Douglas. "hippopotamus" Arxivləşdirilib 2017-02-24 at the Wayback Machine. Online Etymology Dictionary.
- ↑ Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909