Baydaraskaya Korfezi - Wikipedia
Baydaraskaya körfəzi[1] — Kara dənizinin ən iri körfəzlərindən biridir. Qərbdən Yaqorski yarımadası, şərqdən isə Yamal yarımadası ilə əhatələnmişdir.
Baydaraskaya körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 20 m |
Yerləşməsi | |
69°00′00″ şm. e. 67°50′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Uzunluğu 180 km, eni çıxacaqda 78 km, dərinliyi isə 20 m təşkil edir.
Yayda suyun səthində temperatur 5–6°S olur. Oktyabrdan iyun ayına qədər səthi bütünlüklə buzla örtülü olur. Mərkəzi hissələrdə nadir hallarda donma baş verməyə bilər. Səbəb isə güçlü küləklər və axınlardır. Şimal hissələri isə Kara dənizinə əsən güçlü külətlər səbəbindən bəzi hallarda buzlar mərkəz və cənuba yığılır.
Sahilləri hündür deyildir. Əsasən tundra bitkiləri yayılmışdır. Bəzi hissələr isə ğüçlü şəkildə bataqlaşmışdır. Körfəzə 70 çay tökülür. Ən irilərinə misal: Sibirçatayax, Kara, Labiyaxa, Pekuçeyaxa, Nqoyaxa, Nqosaveyaxa, Talvtayaxa, Tunqomayax, Nqındermayaxa, Nenzoyaxa, Baydarata, Erkutayaxa, Yavxayatose, Tambyaxa, Nqanoraxayaxa, Xeyaxa, Yoribey, Yasaveyyaxa, Toyase, Yombyaxa, Lıyaxa, Yoreyaxa, Lıxıyaxa, Sedatayaxa, Xaxayaxa, Marayaxa, və Yabtoyaxa.
Baydaraskaya körfəzi daxilində beş ada yerləşir: Litke, Nqonyarso, Polumesyac, Levdiyev və Torasavey. Adalarda yaşayış yoxdur. Körəzin sahil hissələri Rusiyanın inzibati cəhətdən üç bölgəsinə aiddir. Priuralski rayonu, Yamalski rayonu (Yamalo-Nenets Muxtar Dairəsi) və Zapolyarnıy rayonu (Nenets Muxtar Dairəsi).
Sahillərinin böyük hissəsində demək olar ki, yaşayış yoxdur. Mövcud yaşayış məntəqələri Ust-Kara, Ust-Yoribey, Yarı, Morrasaledir. Körfəzi vənub-şərq və şərq hissəsindən (sahildən 20–90 km aralıda) əvvəlcə dəmir yolu keçir. Bu dəmir yolunun son stansiyası Xralovdur. Üstəlik sahilə nisbətən yaxın ərazidən avtomobil yolu keçir.
Baydaraskaya körfəzinin dibi ilə qaz kəməri keçir. Yamal yarımadasında yerləşən nəhəng qaz yatağında hasil olunan qaz bu kəmərlə əsas kəmərlərə ötürülür[2] Üstəlik Xarasaveyskoye, Bovanenkovskoye və Yojno-Tambeyskoye neft yataqlarından çıxarılan neft buradan keçən kəmərlərlə daşınır.
Bovanenkovo-Uxta qaz kəmərini körfəzin altı ilə həyata keçirilən tikinti işlərini Mejriontruboprovodstroy şirkəti təyata keçirir.
Ədəbiyyat
redaktə- Беларуская энцыклапедыя: У 18 т. Т. 2: Аршыца — Беларусцы / Рэдкал.: Г. П. Пашкоў і інш.. — Мн.: БелЭн, 1996. — Т. 2. — С. 223. — 480 с. — 10 000 экз. — ISBN 985-11-0061-7 (т. 2). (белор.)
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Baydaraskaya körfəzi". 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-18.
- ↑ "Mironyok S. Q. Baydaraskaya körfəzi altından keçən qaz kəmərinin tikintisi və istismarı ilə yara biləcək ekoloji vəziyyət" (PDF). 2022-05-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-11-18.