Bathory - Wikipedia
Bathory— Vikinq metala və blək metala öz əhəmiyyətli töhfəsini vermiş[1] İsveç musiqi qrupu 1983-cü ildə Stokholmda yaradılmışdır. Quorthon ləqəbli Tomas Forsberg, bas gitarist Hanoi və baterist Vans tərəfindən qurulub.
Bathory | |
---|---|
Əsas məlumatlar | |
Üslub |
(1983-1987) blək metal treş metal (1988-2004) vikinq metal |
Fəaliyyət illəri | 1983—2004 |
Ölkə | İsveç |
Şəhər | Stokholm |
Leybl |
Black Mark Production Tyfon Grammofon Noise Records |
Heyət | Quorthon |
Keçmiş üzvlər |
Freddan Yonas Okerlund Vvornth Kothaar |
www.bathory.se | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaradılması və faəliyyəti
redaktəBir neçə dəfə qrup adı dəyişsə də sonda Quorthon qrupun adının Bathory olaraq qalmasını istəyib. Adını bir macar qrafinya Yelizaveta Batoridən götürmüşdür. Qrup 1985-ci ildən sonra heç konsert verməmişdir. Bu tarixdən əvvəlki konsertləri isə kiçik səhnələrdə vermişdir. Quorthon qrupdan hər dəqiqə üzv çıxartmaqla məşhur idi. 1984-1988-ci illər blək metal, 1994-1995-ci illər traş, 1988-1991-ci illər və 1996-2004-cü illər isə vikinq metal janrında musiqilər ifa ediblər. Tərkibində bir çox blək/thraş qrupunu saxlayan Blackmark Productionsun müdiri deyilənə görə Quorthonun atasıdır. Bu şübhələrin yaranmasına səbəb qrupun bütün albomlarının Blackmark Productions etiketiylə bazara çıxarılmasıdır. Bathory qrupu blək metalın ortaya çıxmasında pay sahibi olduğu qədər eyni zamanda "Blood Fire Death" albomuyla vikinq metal janrına da öz töhfəsini vermişdir. Qrupun frontmanı (vokal işini də öhdəsinə götürən əsas adam) Quorthonun 2000-ci ildə Lake Of Tears vokalisti ilə birlikdə Silverwing adlı gothic / doom metal qrupunda bir demo fəaliyyəti də olmuşdur. Bathory arxasında 3 tribute (ölənin arxasından hörmət əlaməti olaraq çıxarılan 'yad etmə' albomu), 200-dən çox cover (tribute'lər də daxil), 2 film soundtrackı və 16 albom buraxmışdır. Qrup, fəaliyyətinin ilk illərində anti-xristianlıq, laveyanlıq kimi mövzularla fanlarının diqqətini çəkmişdir. Sonrakı illərində Skandinaviya mifologiyası və Odinizm üzərində sıx duraraq ölkəsinin tarixini mahnı sözlərində qabarıq ifadə etmişdir.
Fəaliyyətini dayandırması
redaktəQrupun frontmanı Quorthon 7 İyun 2004-cü il tarixində İsveçdə evində keçirdiyi ürək çatışmazlığından vəfat etmişdir. Və bununla da qrup öz fəaliyyətini dayandırmışdır.
Diskoqrafiya
redaktəAdı | Tarixi |
---|---|
Scandinavian Metal Attack | 1984 |
Bathory | 1984 |
The Return...... | 1985 |
Under the Sign of the Black Mark | 1987 |
Blood Fire Death | 1988 |
Hammerheart | 1990 |
Twilight of the Gods | 1991 |
Twilight of the Gods | 1991 |
Jubileum Volume I | 1992 |
Jubileum Volume II | 1993 |
Requiem | 1994 |
Octagon | 1995 |
Blood on Ice | 1996 |
Blood on Ice | 1996 |
Jubileum Volume III | 1998 |
Katalog | 2001 |
Destroyer of Worlds | 2001 |
Nordland I | 2002 |
Nordland II | 2003 |
Nordland I & II | 2004 |
In Memory of Quorthon | 2006 |
In Memory of Quorthon Volume II | 2006 |
In Memory of Quorthon Volume I | 2006 |
In Memory of Quorthon Volume III | 2006 |
In Memory of Quorthon (The Vinyl Box) | 2011 |
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Bathory". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.