Barmaqbine - Wikipedia
Barmaqbinə - Haqqında Məlumat
Barmaqbinə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]
Barmaqbinə | |
---|---|
Ölkə |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
redaktəBarmaqbinə kəndi Dikyurd dağının ətəyindədir. Keçmışdə binə yeri olan bu əraziyə XIX əsrdə qonşu Dalqılınclı kəndindən bir qrup ailə köçüb məskunlaşmışdı. Oykonim barmaq və binə komponentlərindən düzəlib. Türkdilli arealda barmaq/barmak/barmax/bormax "zirvə", "ŞiŞ uclu zirvə" mənası daşıyır, binə komponenti isə toponimiyada "müvəqqəti yaşayış məskəni", "koc" mənalarında işlənməkdədir. Oykonim "zirvədə yaşayış məskəni" mənasını ifadə edir.[2]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Barmaqbinə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.