Banke Apteki - Wikipedia
Bankə apteki — Azərbaycanda ilk aptekdir və Neftçala rayonunun Bankə qəsəbəsində yerləşir.[1][2]
Bankə apteki | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Şəhər | Bankə qəsəbəsi, Neftçala rayonu |
Açılma | 1850 |
Dizayn və konstruksiya | |
Tanınır | Aptek |
Tarixi
redaktəXIX əsrin əvvəllərində Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində XIX əsrin əvvəllərində rayonun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür.[3] O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü.[3] Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb.[4]
Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürüldü.[3] Aptek binasınnın ikinci mərtəbəsində 1960-cı ilin əvvəllərinə kimi yaşayış binası kimidə istifadə olunub.[3]
İstinadlar
redaktə- ↑ "Tarixi Bankə - balıqçılıqdan kasıbçılığa". www.bbc.com. BBC. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
- ↑ Rzayev, Teymur. "С XIX века и до наших дней: Самая старая аптека Азербайджана – ВИДЕО". www.1news.az. www.1news.az. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
- ↑ 1 2 3 4 "Ölkəmizdə ilk aptek 167 il bundan əvvəl Neftçalada yaradılıb". cenub.arbtv.az. cenub.arbtv.az. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.
- ↑ "Azərbaycanda yaradılan ilk aptek hələ də işləyir - 170 yaşı var - VİDEO". news.milli.az. news.milli.az. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2018.