Banke - Wikipedia
Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə.
Bankə | |
---|---|
39°24′50″ şm. e. 49°14′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Neftçala rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 7911 (2020) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4713[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir.
Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir.
Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb.
Tarixi
redaktəBankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub.
1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.[2]
XIX əsr rus mənbələri içərisində Nikolay Kalaşevin 1884-cü ildə yazdığı “Местечко Саляны Джеватского уезда» əsərində tarixi mənbələr içində Bankənin də adı çəkilir. Kalaşev yazır ki, Şimal-şərqi Bankənin sağ sahilində Qobu çala və Neft çala adlı istismar olunmayan duz gölləri var.[2]
1918-ci il soyqırımı zamanı Kür çayına daxil olan erməni hərbi birləşmələri Bankədən ... – Qaraqaşlıya qədər hərəkət etmişdilər... Aşağı Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılması məqsədəmüvafiq bilinmişdi. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.[2]
1935-ci ildən şəhər tipli qəsəbədir: I Mayak, Yenikənd, Qırmızı Şəfəq, Sübh, Uzunbabalı, Müşfiq, Nord-Ost Qoltuq, II Mayak kəndləri kimi ətrafdakı yaşayış məntəqələri Sovet dövründə Bankə İƏD-ə daxil olub.[2]
Neftçalalı tarix elmləri namizədi, etnoqraf Əlisəfa Məmmədov 1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6–8 km aralı Nord-Ost Qoltuq kəndi yaxınlığında şirli qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqları aşkar etmişdir.[2]
Rus molokanlar 1990-cı illərə qədər Neftçala şəhərində, o cümlədən Bankədə və Qoltuqda, Kür dili adasında kompakt şəkildə yaşayırdılar.[2]
Toponimikası
redaktəBankə suyun içərisində yüksək yer deməkdir. Eyni zamanda dənizin nisbətən dayaz yerlərinə də bankə deyirlər. Bu cür yerlər dənizdə gəmiçilik üçün çox təhlükəlidir. Vaxtilə qəsəbənin yerləşdiyi ərazi tamamilə su ilə əhatəli olub. Sonra dəniz tədricən geri çəkilməyə başlayıb. Su aşağıya endikcə torpaq sahə üzdə qalıb. Bankə Neftçalanın içində adaya bənzəyir.[3]
Bank/banka "sahil", "dayaz yer", "kicik boğaz" və ya dənizin dayaz yerlərindən ibarət olan sahəsi (Xəzər dənizində Kür bankəsi)[4] mənası bildirən Hind-Avropa mənşəli sözdür. Geniş Avrasiya arealında rast gəlinir. Bankə həmin sözün yerli tələffüzə uyğunlaşdırılmış variantıdır. 1933-cü ildə Banq-mədən variantında qeydə alınmışdır.[5]
Coğrafiyası və iqlimi
redaktəBankə qəsəbəsinin iqlimi quru səhra və yarım səhra iqlimidir.Kür çayı və ona yaxın ərazilərdə geniş əkinçilik tarlaları və otlaqlar var. Xəzər dənizinə yaxın ərazilərin torpaqları şorandır.Ümumiyyətlə qəsəbə dəniz səviyyəsindən 26 və ya 28 metr aşağıdır. Burada yağış ildə 250–400 mm düşür. Qışı mülayim və çoxda soyuq olmur.
Əhalisi
redaktəNeftçala Rayon İcra Hakimiyyətinin məlumatlarına əsasan 2024-cü ildə Bankə qəsəbə əhalisinin sayı 7120 nəfər olmuşdur.[6]
1959[7] | 1970[8] | 1979[9] | 1989[10] |
---|---|---|---|
7260 | 6198 | 6398 | 6003 |
İqtisadiyyatı
redaktəBankə qəsəbəsində vaxtı ilə SSRİ dövründə fəaliyyət göstərən və o dövrün böyük kombinatlarından biri olan Bankə Balıq Kombinatı fəaliyyət göstərib. Kombinat hal-hazırda fəaliyyət göstərmir.
Əhali əsasən bağçılıq, heyvandarlıq və fərdi balıqçılıqla, qismən isə mikro sahibkarlıqla (ticarət) məşğul olur.
Din
redaktəQəsəbədə "İmam Həsən" məscidi dini icması fəaliyyət göstərir.[11][12]
Həmçinin bax
redaktəİstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ 1 2 3 4 5 6 "Tarixi". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
- ↑ "QARA KÜRÜ 17-ci ƏSRƏDƏK KASIB YEMƏYİ OLUB". musavat.com (Azerbaijani). 10 November 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 November 2014.
- ↑ Azərbaycan dilinin izahlı lüğəti, 1-ci cild, səh. 219. 2006; bankə[ölü keçid] sözü
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ "01 yanvar 2024-cü il tarixə Neftçala rayonun əhalisi haqqında məlumat". 2020-03-28 tarixində arxivləşdirilib.
- ↑ "Перепись-1959". 2012-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
- ↑ "Перепись-1970". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
- ↑ "Перепись-1979". 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
- ↑ "Перепись-1989". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-19.
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
- ↑ "İcra Hakimiyyəti məscidin tikintisinə mane olur? - AÇIQLAMA". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
Həmçinin oxu
redaktə- Əlisəfa Məmmədov - "Qarayazı düzündən Xəzər dənizinədək" (1979)
- Pirağa İsmayılzadə - "Muğanın təsərrüfat həyatı" (2009)
- Zoya Nuriyeva - "Azərbaycan sənayesində milli burjuaziya" (1999)
- Azər Turan - "Darülmöminin" (2012)
Xarici keçidlər
redaktə- Gülər Abbasova. "Tarixi Bankə - balıqçılıqdan kasıbçılığa" (az.). bbc.com. 2016-12-08. 2016-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-08.
- Könül. "Tez-tez işıq sönür, 4 ildir kabelləşmə aparılır, Afrikadayıq elə bil - Bankə sakinləri". olke.az. İstifadə tarixi: 2024-03-07.
- "'Qırmızı kitab'a düşmüş Xəzərin qızılbalığı – 'Hökumət dağıldı, zavodlar bağlandı...'". Azadlıq Radiosu. 2024-10-28.