Bambasi - Wikipedia
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir.[1]
Banbaşı | |
---|---|
39°02′25″ şm. e. 48°37′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 25 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Toponimikası
redaktəOykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır.[2]
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır.
Əhalisi
redaktə- 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı.[3] Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
- 14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Bambaşı kənd cəmiyyətinin mərkəzi olan Bambaşı kəndində 50 evdə şiə təriqətli müsəlman azərbaycanlılardan ibarət 377 nəfər (205 nəfəri kişilər, 172 nəfəri qadınlar) əhali yaşayırdı.[4]
Hazırda kəndin əhalisi 2440 nəfərdir.[5]
Tanınmış şəxsləri
redaktə- Ağayev Soltanağa Hacağa oğlu — texnika üzrə elmlər doktoru, professor. Vəfat edib.
- Ağayev Məmmədhəsən Məmmədhüseyn oğlu — tibb elmləri doktorudur, Azərbaycan Dövlət Tibb Univeristetinin müəllimidir.
- Qədiməliyev Fikrət Gülverdi oğlu — tibb üzrə fəlsəfə doktoru, Dövlət Gömrük Hospitalının rəisi, General-mayor.
İstinadlar
redaktə- ↑ "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ Qərarı". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ Banbaşı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- ↑ Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37 [ölü keçid]
- ↑ Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации Arxivləşdirilib 2022-05-25 at the Wayback Machine). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |