Balyand - Wikipedia
Balyand — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Balyand kənd inzibati ərazi dairəsində kənd.[1] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Balyand | |
---|---|
39°28′07″ şm. e. 47°06′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 780 m |
Saat qurşağı | |
Tarixi
redaktəƏhalinin sayına görə Cəbrayılın 4-cü böyük kəndinin tarixi XVII əsrə gedib çıxır. Kiçik Qafqazın cənub-şərq ətəklərində meşədə salınmış bu kəndin sakinləri yerli və Cənubi Azərbaycandan gələnlər olub. Əlverişli coğrafi mövqedə yerləşməsi sonradan bura köçən tayfaların sayının artmasına səbəb olub.
Toponimikası
redaktəYerli əhalinin dilində bələn sözünün təhrif olunmuş formasıdır. Qozluçayın sağ sahilində, dağ ətəyində yerləşən kəndin adı "hündür yer, təpə" mənasını ifadə edir. Xalq etimologiyasına görə, əvvəllər burada balı yandıraraq alinan şəkərdən çay hazırlanarmış. Buradan da Balyand adı yaranmışdır. Başqa bir məlumata görə, kənd vaxtilə Cənubi Azərbaycanın Balyand kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Cənubi Azərb.-da Baland adlı kənd mövcuddur.[3]
Əhalisi
redaktəTanınmış şəxsləri
redaktə- Anar Cəbrayıllı
- Akif Əkbərov-Azərbaycanın Milli Qəhrəmanı
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olub. Üzümçülük, taxılçılıq, baramaçılıq, heyvandarlıq əsas məşğuliyyət sahələri olub.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəMənbə
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |