Baltaoglu Suleyman Bey - Wikipedia
Baltaoğlu Süleyman bəy (bilinmir – ən tezi 1453) — II Murad və II Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.[1]
Baltaoğlu Süleyman bəy | |
---|---|
1451 – 1453 | |
Əvvəlki | vəzifə təsis edilmişdir |
Sonrakı | Yavaşca Şahin Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Fəaliyyəti | zabit |
Rütbəsi | Admiral |
Həyatı
redaktəƏslən bolqar əsilzadələrindən olub, Sultan Murad səltənətində dəvşirmə olaraq Əndəruna alınmış, burada təlim-tərbiyə edildikdən sonra qapıçıbaşılığa qədər yüksəlmişdir. Səlib ordusuna qarşı uğur qazana bilməyən Turhan bəyi 1443-cü ildə sədrəzəm Xəlil Paşanın əmriylə həbs edərək Tokata aparmışdır. Macar kralı Vladislavla aparılan sülh müzakirələrində iştirak etmiş, sülh bağlandıqdan sonra müzakirə şərtlərini qarşı tərəfə elçi ünvanıyla bildirmiş, geri dönərkən isə sülhə əsasən təslim edilməli olan serb qalalarını boşaltmışdır.
Müxtəlif dövlət vəzifələrində göstərdiyi şücaətlə Sultan Muradın etimadını qazanan Süleyman bəy, daha sonra sancaqbəyliyinə gətirildi. Bu vəzifədə ikən yenicə taxta çıxan Sultan Mehmedlə birlikdə Qaramanoğullarına qarşı mübarizə aparmışdır. 1449-cu ildə Midilli adasına tərtib etdiyi hücumla donanmadakı bacarığını göstərmiş, Kalonya qəsəbəsini ələ keçirmişdir.
1451-ci ildə Gəlibolu sancaqbəyi olaraq ilk dəfə kaptan-ı dərya ünvanı almışdır. Əmrindəki 400-ə yaxın döyüş gəmisi ilə birlikdə 1453-cü ildə Konstantinopolun mühasirəsində iştirak etmiş, şəhər sahilində zəbt etdiyi ilk bölgə onun adıyla Baltalimanı adını almışdır. 18 aprel tarixinədək İstanbul boğazındakı bütün adaları ələ keçirən Süleyman bəy, 20 aprel günü Bizansa yardım məqsədilə gələn 3 Genuya gəmisinin qarşısını kəsə bilmədi. Bir çox tarixi mənbədə bu hadisədən sonra vəzifədən alındığı qeyd edilsə də, bu doğru deyil. Belə ki, hadisənin ardından Süleyman bəy, bütün ünvan və vəzifələri qalmaqla, quru qüvvələrinə qatıldı. Mühasirədə iştirak edən donanmaya isə dərya bəylərindən Həmzə bəy gətirildi. Buna baxmayaraq Həmzə bəy heç vaxt kaptan-ı dərya ünvanı almamışdır.
Konstantinopolun fəthi əsnasında bir gözünü itirən Süleyman bəy geri qalan ömrünü quru qüvvələrindəki vəzifələrdə keçirdi. Bir çox səfərlərə qatıldı. 1458-ci ildə vəfat etdi.
Mənbə
redaktə- Bostan, İdris (1992) "Baltaoğlu Süleyman Bey", Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi Cilt:5 Sayfa:41 , İstanbul
İstinadlar
redaktə- ↑ Sicill-i Osmani V, səh. 159