Baldir Ezelesi - Wikipedia
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat. condylus lateralis üzərindəki qabarcıqdan başlayır. Hər iki əzələ başı baldırın ortasında bir-biri ilə birləşərək aşağıya doğru ümumi bir vətərə keçərək, daha sonra kambalayabənzər əzələnin (lat. m. soleus) vətəri ilə ümumiləşərək Axilles vətərinə (lat. tendo calcaneus, tendo Achillis) keçərək onun vasitəsilə daban sümüyünün müvafiq qabarcığına bağlanır.
Baldırın ikibaşlı əzələsi | |
---|---|
Latınca | Musculus gastrocnemius |
Başlanır | lat. condylus lateralis et medialis |
Bağlanır | Axilles vətəri (lat. tendo calcaneus, tendo Achillis) |
Arteriya | Baldır arteriyası (lat. a. suralis) |
Sinir | Qamış siniri (lat. n. tibialis), oturaq siniri (lat. n. ischiadicus), onurğa seqment:L5,S1–S2 |
Vəzifəsi | Ayağın tərlik səthinin bükülməsi, dizin qatlanması |
Antaqonisti | lat. Musculus tibialis anterior |