Balaca Xeste Vakx Karavacco - Wikipedia
Xəstə Vakx — Karavacconun 1593-1594 illərdə şərab, bərəkət və teatr tanrısı Vakxı (Dionis) rəsm etdiyi əsər.
Balaca, xəstə Vakx | ||
---|---|---|
| ||
Rəssam | Karavacco | |
Tarixi | 1593 | |
Üslubu | avtoportret[1], mifologiya rəssamlığı[d][2] | |
Ölçüləri | 67 sm × 53 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Borgeze qalereyası | |
Saytı |
wga.hu/html/c/caravagg/0… collezionegalleriaborghese.it/… arteworld.it/bacchino-ma… |
|
İnventar nömrəsi | 534 | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəƏsər Karavacconun Romaya köçdüyü ilk illərdə rəsm edilmişdir. Bu zaman Karavacco Sezarilərin atelyesində çalışırdı. Dövrün mənbələrinə görə rəssam bu illərdə yoluxucu bir xəstəliyə tutulmuş və 6 ay Romadakı Mariya Della Konsolazione xəstəxanasında qalmışdır. 2009-cu ildə nəşr edilən "yoluxucu kliniki xəstəliklər" məqaləsində Karavacconun güman ki, malyariya xəstəliyinə yoluxması və dəri rənginin sarıya dönməsi barədə məlumatlar əks olunmuşdu.
Xəstə Vakx Karavacconun digər əsərləri ("Meyvə səbətli oğlan") ilə birlikdə 1607-ci ildə Kardinal Borgeze tərəfindən sifariş əsasında çəkilmişdir. Əsər hal-hazırda Borgeze qalereyasında saxlanılmaqdadır.
Təsviri
redaktə1593-1594-cü illərdə ərsəyə gətirdiyi ilk "Xəstə Vakx" adlı əsərdə rəssam Vakxın dərisini sarı və yaşıl tonlarda rəsm etmişdir. Bu nüans Vakxın xəstəliyinə diqqət çəkmək üçün idi. Vakxsın dəri rəngi əlində tutduğu üzüm salxımı ilə eyni tonlardadır. Onun başında sarmaşıq tacı, üzündə isə narahatlıq qarışıq bir gülümsəmə var. Vakxın qarşısındakı masanın üzərində iki şaftalı və bir salxım qara üzüm dayanır. Tədqiqatçılara görə əsər Karavacconun melankolik avtoportretidir.
Ümumiyyətlə kompozisiya ilə bağlı bir birindən fərqli bir neçə fikir mövcuddur. Bəzi tənqidçilər üzümün eşqi və ehtirası, şərabın isə şəhvəti və hərəkəti təmsil etdiyi düşünür. Bir digər fikirə görə isə üzüm- sonuncu şam yeməyində həvarilərə paylanan şərabı, Vakxın başındakı sarmaşıq isə İsanın başına keçirilən tikanlı tacı təmsil edir.
Əsər
İstinadlar
redaktə- ↑ Hibbard H. Caravaggio. Oksford, Boulder: Westview Press, 1985. S. 20–21. ISBN 978-0-06-430128-2
- ↑ Hibbard H. Caravaggio. Oksford, Boulder: Westview Press, 1985. S. 21. ISBN 978-0-06-430128-2