Baliqli Amasiya - Wikipedia
Balıqlı və ya Zorakert — Ermənistanın Amasiya rayonunda kənd.[2]
Balıqlı | |
---|---|
41°05′34″ şm. e. 43°39′35″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.030 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Tarixi
redaktəBalıqlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. Rayon mərkəzindən 20–21 km şimal-şərqdə, Arpa gölünün şimal-şərq sahilində, Arpa çayının qərb sahilində, təpəlikdə yerləşir. Relyefi cənub və şimal hissədə düzənlik, qərb və şimal-qərb hissədə dərə-təpəlikdir. Kənd XVIII əsrin sonu, XIX əsrin əvvəllərində salınmışdır. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponimi
redaktəToponim qədim türk dilində "sığınacaq, şəhər, qala" mə'nası bildirən balıq sözünə[4][5] -lı sözdüzəldici şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zorakert qoyulmuşdur[6]. XIII əsrə aid mənbədə Balak[7], 1728-ci ilə aid arxiv sənədində İrəvan əyalətinin Dərələyəz nahiyəsində Balaklı kimi qeyd olunmuşdur[8][9]. Ehtimal ki, gətirilmə addır. XIX əsrdə Qars əyalətinin Qars dairəsində və Kaqızman dairəsində Balıqlı adlı üç kənd vardı[10]. Balıqlı kənd adları qədim türk mənşəli Balkalı tayfasının (noqaylarda, özbəklərdə, qazaxlarda və qaraqalpaqlarda bu tayfa barədə bax: "Ономастика Кирйизяии, I Фриунзе, 1985 с.93) adındandır.
Əhalisi
redaktəKənddə 1886-cı ildə 205, 1897-ci ildə 326, 1908-ci ildə 372 nəfər, 1914-cü ildə 474 nəfər azərbaycanlı yaşamışdır[11]. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş və bir hissəsi qətlə yetirilmişdir. Kəndin əhalisi Türkiyəyə pənah aparmışdır. 1920-ci ilin noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulmuş və sabitlik yaranmışdır. Kəndin sakinləri ata-baba torpaqlarına qayıtmışdır. Burada 1922-ci ildə 107, 1926-cı ildə 178, 1931-ci ildə 205[12], 1964-cü ildə 300, 1970-ci ildə 440, 1979-cu ildə 472[13], 1987-ci ildə 432 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında kənd sakinləri Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. 1988-ci ildə əhalisi Azərbaycana köçürülmüşdür. Onlar Azərbaycana pənah gətirmişlər. İndi burada ermənilər yaşayır[6].
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Балыглы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П. Казловского, 1913, s.30 (rus.)
- ↑ Kaşğari M. Divani — lügat — it türk, I–III cilt, Ankara, 1992.s.379 (türk.)
- ↑ Древнетюркский словарь, Л., "Наука", 1969, s.80 (rus.)
- ↑ 1 2 "Balıqlı". 2013-06-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.
- ↑ Мухаммед Насави. Жизнеописание султана Джалал ар-Дина Манкбурни. Перевод с арабского, предисловие, комментарии, примечания и указатели З. М.Буниятова. Баку, 1973.
- ↑ Джалиле Джалил. Курды Османской империи. М., 1968.
- ↑ Əliyarov S. "Kitabi-Dədəm Qorqud": Əlyazmaları üzərində çalışmalar. "Azərbaycan filologiyası məsələləri". III. Bakı, "Elm", 1991.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.18–19, 102–103 (erm.)
- ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, "Melkonyan fond", 1932, s.19, 103 (erm.)
- ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986, s.556 (erm.)