Bakinin 32 Kendi - Wikipedia
Bakı kəndləri, həmçinin "Bakının 32 kəndi" — Bakı və Abşeronda geniş yayılmış, ənənəvi Abşeron kəndlərini ifadə edən anlayış. Bu anlayış adətən XIX əsrin sonlarında Abşeron yarımadasında getmiş sənayeləşməyə qədərki yaşayış məskənlərinə işarə etsə də, əslində Bakının sözügedən "ənənəvi" kəndlərinin sayı həmişə 32-dən çox olub. Hələ 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi. Bakı ətrafında və Abşeronda kəndlərin sayının sonuncu dəfə XVII əsrdə 32-yə bərabər olması, bu ifadənin də ən geci XVII əsrdə yaranmasını ehtimal edir. Bununla belə Bakının 32 kəndi adı altında ehtiva edilən kəndlərin bir qismi sözügedən anlayışdan xeyli sonralar yaranmışdır. 1813-cü ilin məlumatına görə, Bakıda artıq 37 kənd var idi, 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatıb. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunub. 2018-ci il statistikasına əsasən Bakı şəhəri inzibati ərazisi daxilində 59 qəsəbə var.
Siyahı
redaktəSay | Kəndlər | Əhali (1813) | Əhali (2021) | Sahə (km²) |
---|---|---|---|---|
1 | Maştağa | 582 | 45,000 | 60 |
2 | Qobu | 974 | 22,000 | 0 |
3 | Buzovna | 263 | 31,299 | 39.06 |
4 | Qala | 332 | 4,901 | 0 |
5 | 286 | 14,318 | 0 | |
6 | Zığ | 0 | 14,133 | 0 |
7 | Binə | 0 | 56,651 | 0 |
8 | Zirə | 0 | 12,316 | 0 |
9 | Şüvəlan | 0 | 19,262 | 33.27 |
10 | Türkan | 0 | 12,375 | 0 |
11 | Kürdəxanı | 0 | 18,615 | 0 |
12 | Zabrat | 0 | 29,996 | 0 |
13 | Balaxanı | 286 | 14,318 | 0 |
14 | Keşlə | 0 | 25,324 | 0 |
15 | Binəqədi | 738 | 50,249 | 0 |
16 | Əmircan | 276 | 32,015 | 0 |
17 | Bilgəh | 0 | 8,580 | 0 |
18 | Corat | 251 | 14,324 | 2.25600 |
19 | Bülbülə | 0 | 25,119 | 0 |
20 | Güzdək | 0 | 0 | 0 |
21 | Bibiheybət | 0 | 2,110 | 0 |
22 | Biləcəri | 0 | 50,249 | 0 |
23 | Masazır | 0 | 0 | 0 |
24 | Əhmədli | 77 | 11,211 | 0 |
25 | Zağulba | 0 | 0 | 0 |
26 | Qobustan | 738 | 17,384 | 0 |
27 | Digah | 0 | 0 | 0 |
28 | Ramana | 814 | 12,840 | 0 |
29 | Pirşağı | 813 | 7,033 | 0 |
30 | Pirallahı | 0 | 17,016 | 0 |
31 | Mərdəkan | 94 | 24,865 | 0 |
32 | Şağan | 57 | 3,554 | 0 |
33 | Hövsan | 0 | 41,960 | 0 |
34 | Dübəndi | 0 | 0 | 0 |
35 | Hökməli | 0 | 0 | 0 |
36 | Xocasən | 0 | 0 | 0 |
37 | Lökbatan | 0 | 38,946 | 0 |
38 | Görədil | 0 | 0 | 0 |
39 | Fatmayı | 777 | 0 | 0 |
40 | Nardaran | 0 | 10,072 | 0 |
41 | Novxanı | 202 | 1500 | 0 |
42 | Saray | 183 | 4,901 | 0 |
43 | Sabunçu | 0 | 32,349 | 0 |
44 | Yeni Suraxanı | 0 | 18,028 | 0 |
45 | Məmmədli | 0 | 0 | 0 |
46 | Mehdiabad | 0 | 12,700 | 1957 |
47 | Nübar | 0 | 0 | 0 |
48 | Sulutəpə | 0 | 0 | 0 |
49 | Qoşaqışlaq | 0 | 0 | 1.3 |
50 | Müşfiqabad | 0 | 10,200 | 58878 |