Baki Dairevi Avtomobil Yolu - Wikipedia
Bakı dairəvi avtomobil yolu — Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi üşün nəzərdə tutulmuş yol.
Bakı dairəvi avtomobil yolu | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
8 noyabr 2010-cu ildə təhvil verilib.
BDAY şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirərək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verir. Bu yol sayı sürətlə artan nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edir.
Birinci dərəcəli əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu 4,8 kilometrdir. Yol nəqliyyat vasitələrinin əsas magistrala daxil olmadan digər istiqamətlərə hərəkətini istiqamətləndirir. Burada, həmçinin əhalinin rahatlığı təmin etmək üçün səsboğucu baryerlər quraşdırılmışdır.
27 yanaşma yolunun ümumi uzunluğu 11,7 kilometr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metrdir. Dairəvi yol hər iki istiqamətdə üç hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Yol boyu iki elektron istiqamətverici lövhə də quraşdırılmışdır. Ümumilikdə, yolda beş qovşaq, 8 ötürücü, 3 piyada keçidi vardır. Suötürücü boruların ümumi uzunluğu iki min 300 metrdir.
Yol boyu baş verə biləcək sürüşmənin qarşısını almaq üçün əsaslı işlər görülmüşdür. Yolun inşası zamanı yamaclarda aşkar edilmiş çatların və sürüşmənin qarşısının alınması məqsədilə 19 min 300 kvadratmetrlik torpaq istinad divarları, həmçinin beton divarlar tikilmişdir.
Yol Küveyt Fondu, Abu Dabi Fondu və Azərbaycan hökumətinin birgə maliyyələşdirilmişdir.
Bakı dairəvi avtomobil yolu layihəsi üç hissədən ibarətdir. Birinci və ikinci hissələrdə tikinti işləri tamamlanmışdır və istismara verilmişdir. Üçüncü hissənin 201-cu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Bu Lökbatan dairəsindən Ələt-Astara yolunun 22-ci kilometrinə qədər olan hissəsini əhatə edəcəkdir.
Yol boyu tikilmiş nəqliyyat qovşaqlarının hər birinin xüsusi əhəmiyyəti vardır. Birinci qovşaq Bakı dairəvi avtomobil yolunu Bakı – Rusiya Federasiyası avtomagistralı ilə əlaqələndirərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə hərəkət edən tranzit yük maşınlarını şəhərə girmədən cənuba və qərbə istiqamətləndirir. Bundan əlavə, bu qovşaq Sumqayıt şəhəri, Biləcəri qəsəbəsi və Abşeron rayonunun digər yaşayış məntəqələrindən avtonəqliyyat vasitələrinin cənub istiqamətinə rahat çıxışını təmin edr. Qovşaqda iki yolötürücü də inşa edilmişdir.
İkinci qovşaq Bakı şəhərinin "Qurd Qapısı" ərazisində avtonəqliyyat vasitələrinin hərəkətini şəhərlə əlaqələndirmək məqsədi daşıyır. Qovşaqda inşa edilən iki yolötürücü nəqliyyatın bütün istiqamətlərdə hərəkətini təmin edir. Eyni zamanda, şimal və cənub istiqamətlərində hərəkət edən nəqliyyat vasitələri üçün Bakı şəhərinə əlavə giriş-çıxış yaranmışdır.
Üçüncü qovşaq Bakı dairəvi avtomobil yolunu Lökbatan – Xocasən avtomobil yolu ilə, dəmir yolunun Heybət stansiyası, sənaye və ticarət obyektləri ilə əlaqələndirir.
Dördüncü qovşaq Ələt – Astara avtomobil yolu ilə mövcud Lökbatan dairəsini birləşdirir. Bu qovşaqda inşa edilən dörd aşırımlı yolötürücünün altında yerləşdirilmiş nəqliyyat dairəsi nəqliyyat vasitələrinin bütün istiqamətlərdə hərəkətinə imkan verir.
Beşinci qovşaq isə nəqliyyat vasitələrinin Bakı dairəvi avtomobil yolunun altından tunel vasitəsilə "Sədərək", "Binə" və digər ticarət mərkəzlərinə giriş-çıxışı təmin edir.
Bakı dairəvi avtomobil yolunun açılışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev etmişdir[1].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-10.