Baki Baglari Buzovna Film 2007 - Wikipedia
Bakı bağları. Buzovna | |
---|---|
Fayl:Bakı bağları. Buzovna (film, 2007).jpg | |
Rejissor | Maarif Məhərrəmbəyli |
Ssenari müəllifi | Kəmalə Baxşəliqızı |
Operator | Sahib Səfərov |
İstehsalçı | Lider TV ("Azərbaycan" redaksiyası) |
İlk baxış tarixi | 3 noyabr 2007, Lider TV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 28 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca (diktor mətni yoxdur) |
İl | 2007 |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Məzmun
redaktəBakı bağlarından bəhs edən filmlər silsiləsinin bu hissəsi Buzovna kəndinin tarixi və əhalisinin məşğuliyyəti haqqındadır.
Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir.
Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və "buzov" mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi "Bozok" tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər.
Buzovna özünün qədim tarixi memarlıq abidələri ilə də zəngindir. Kənddə ən qədim qəbiristanlıq "Hun qəbiristanlığı"dır. Lakin Hun qəbiristanlığında eradan əvvəl III əsrə aid olan qəbirlər, Alban kilsəsi və kəndin girəcəyində mövcud olmuş Buzovna qalası Sovet hakimiyyəti illərində dağıdılmışdır.[1]
Film haqqında
redaktəFilmdə Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən istifadə olunmuşdur.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: Kəmalə Baxşəliqızı
- Rejissor: Maarif Məhərrəmbəyli
- Operator: Sahib Səfərov
- Operator assistenti: Cəmil Çingizoğlu
- Montaj: İlkin Cavanşiroğlu
- Arxiv: Tamilla Məhərrəmova, Samirə Axundova, Səbinə Yusifzadə, Aytən Axundzadə
- Sürücülər: Namiq Məhərrəmov, Nizam Əliyev
- Koordinator: Anar Şuşalı
- Baş redaktor: Akif Arifoğlu
- Əsərlərindən istifadə edilən rəssamlar: Qafar Seyfullayev, Fərhad Xəlilov, Arif Ələsgərov, Həsənağa Məmmədov, Cəmil Mütizadə, Ağa Mehdiyev, Lətif Feyzullayev, Asəf Cəfərov, Rəfael Muradov, Tahir Salahov, Azər Elli, Mirismayıl Cəfərov, Hacıağa Nəzərov
- Musiqilərindən istifadə edilən bəstəkarlar: Rafiq Babayev, Vaqif Mustafazadə, Eyyub Yaqubov, Eldar Mansurov, Aygün Səmədzadə ("Tut ağacı" mahnısı) (titrlərdə yoxdur)
- İfasından istifadə edilən musiqiçi: Ənvər Sadıqov (titrlərdə yoxdur)
- İfasından istifadə edilən müğənnilər: Oqtay Ağayev, Aygün Bəylər (titrlərdə yoxdur)
Filmdə iştirak edən
redaktəMaarif Məhərrəmbəyli (titrlərdə yoxdur)
Arxiv kadrlarda iştirak edənlər
redaktə- Aleksandr Düma (şəkil) (titrlərdə yoxdur)
- Mikayıl Müşfiq (şəkil) (titrlərdə yoxdur)
- Seyid Hüseyn (şəkil) (titrlərdə yoxdur)
- Cəfər Cabbarlı (şəkil) (titrlərdə yoxdur)
- Hüseyn Cavid (şəkil) (titrlərdə yoxdur)
- Bəxtiyar Vahabzadə (şəkil) (titrlərdə yoxdur)
- Əbdülruh Axund (şəkil) (titrlərdə yoxdur)
- Xan Şuşinski (şəkil) (titrlərdə yoxdur)
- Əliağa Vahid (şəkil) (titrlərdə yoxdur)
Çəkilişə kömək edənlər
redaktə- Nəsir Ağayev (Buzovna kənd sakini)
- Mirzəağa Əliyev (Buzovna kənd sakini)
- Mirzəmi Ələkbərov (Buzovna kənd sakini)
- Məmmədəli Cəbioğlu (Buzovna kənd sakini)
- Əsəd Zeynalov (Buzovna kənd sakini)
- Rəfiqə Zeynalova (Buzovna kənd sakini)
- Sara Əliyeva (Buzovna kənd sakini)
- Nailə Teymurova (Buzovna kənd sakini)
- Nailə Zeynallı (Buzovna kənd sakini)
- Aynur Zeynalova (Buzovna kənd sakini)
- Fatma Qasımova (Buzovna kənd sakini)
- Elmira Ziyadqızı (Buzovna kənd sakini)
- Elmira Əliyeva (Buzovna kənd sakini)
- Məsumə Əliyeva (Buzovna kənd sakini)
İstinadlar
redaktə- ↑ "Buzovna kəndinin tarixi və onun gələcək inkişaf istiqamətləri". Azərbaycan Regional İnkişaf Mərkəzi. 2006-05-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-11-05.
Xarici keçidlər
redaktə- Filmi izlə sayt YouTube