Baki Ticaret Senaye Ittifaqi - Wikipedia
Bakı Ticarət-Sənaye İttifaqı — qeyri-hökumət təşkilatı.
Məlumat
redaktəTəşkilatın əsası 1918-ci ilin martında qoyulmuşdur. Sənaye və ticarət şöbələri var idi.[1] Bütün sənaye sahələrinin təmsil olunduğu 24 qrupu əhatə edirdi. İttifaqın sədri Yusif Əhmədzadə Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, ticarət-sənaye ittifaqından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi.[2] Ticarət-sənaye ittifaqı 1919-cu ildə Parlamentə azad ticarət prinsipləri haqqında qanun layihəsi təqdim etmişdi. İttifaqın müzakirə etdiyi əsas məsələlər ticarət (ixrac və idxal məsələləri), valyuta məzənnəsi və valyuta əməliyyatları (kağız pullar çapının dayandırılması, daxili istiqraz vərəqələrinin buraxılması və i.a) və s. olmuşdur. 1919-cu il oktyabrın ortalarında Azərbaycan Xalq Cümhuriyyətinin İranla müqavilə layihəsi İttifaqın iclaslarında müzakirə edilmişdi. Ticarət-Sənaye İttifaqı İranla beynəlxalq poçt və qarşılıqlı dəmiryol əlaqələrinin bərpasını təmin edən müvəqqəti sazişin bağlanmasını zəruri hesab etmişdi. Ticarət sahəsində müxtəlif malların qiymətinin aşağı salınması, həmçinin məhsul idxalını vasitəçi təşkilatlar olmadan həyata keçirmək nəzərdə tutulurdu. Ticarət-Sənaye İttifaqı möhtəkirliyə qarşı ardıcıl mübarizə aparırdı. Aprel işğalından (1920) sonra fəaliyyətini dayandırmışdı. [3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan həmkarlar ittifaqları hərəkatının böyük tarixi vardır". xidmet-is.az (az.). 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ "Arxivlənmiş surət". haqqinda.az. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 238