Baki Dovlet Sosial Iqtisadi Kolleci - Wikipedia
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec (Əvvəki adı:Bakı Dövlət Sosial-İqtisadi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi.[1]
Sosial-İqtisadi Kollec | |
---|---|
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec | |
Əsası qoyulub | 7 may 1966 |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Şəhər | Bakı |
Ünvan | Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi 61 |
Tarixi
redaktəAzərbaycan Respublikasının Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli 140 saylı qərarına əsasən Baki Plan-İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisadi Kolleci fəaliyyətə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2002-ci il tarixli 855 saylı əmrinə əsasən Kollecdə 13 ixtisas üzrə mütəxəssis hazırlığına icazə verilmişdir.[2] Kollec 11 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (Dövlət qeydiyyatı şəhadətnaməsi № 11.05-A1-432).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin11 iyul 2020-ci il tarixli 250 nömrəli "Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" qərarı ilə Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.[3]
İxtisaslar
redaktəHal-hazırda Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr hazırlığı aparılır:
- Arxiv işi və kargüzarlıq;
- Mühasibat uçotu;
- Maliyyə işi;
- Vergi işi;
- Bank işi;
- Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
- Sosial iş.
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı. Arxivləşdirilib 2021-05-07 at the Wayback Machine (az.)
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-04-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-11.
Xarici keçidlər
redaktə- Bakı Dövlət Sosial-İqtisadi Kolleci Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine bilgi.az saytında (az.)