Bahar Palciq Vulkani - Wikipedia
Bahar (Ələt) palçıq vulkanı — Xəzərətrafı düzənliyin dəniz sahili ilə qovuşduğu bir hissədə, Qobustan qəsəbəsindən 15 km cənub-şərqə, Daşgil antiklinal quruluşunun cənub-şərq qurtaracağında yerləşmiş, 28 m mütləq yüksəkliyə malikdir.
Bahar (Ələt) palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Yerləşməsi | |
39°59′55″ şm. e. 49°28′27″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəBahar palçıq vulkanı mərkəzi hissədə məhsuldarqat, ətraf hissədə isə Ağcagil və Abşeron süxurlarından təşkil olunmuşdur. Bu palçıq vulkanı 1853, 1859, 1882, 1886, 1908, 1909, 1911, 1912, 1926 və 1967-ci ildə püskürmüşdür. Püskürmə zamanı səthə yayılmış brekçiyanın eni 70–80 m, tutduğu sahə 20 ha, brekçiyanın orta qalınlığı 3 m, ümumi həcmi isə 370 min m³ olmuşdur, ən iri dilinin uzunluğu 350 m-dir. Bu palçıq vulkanının kökü üst Təbaşir çöküntülərinə qədər çatır ( Ə.Ə.Yaqubov və b. 1970).
Bahar palçıq vulkanının yastan (krater) hissəsi əsasən hamar, şimal-şərq kənarı isə kələ kötürdür. Brekçiya valları demək olar ki, yox dərəcəsindədir. Nisbi yüksəkliyi 5–8 m-ə çatan ayrı-ayrı kiçik vallar bir neçə metr məsafədən artıq uzanır. Son 1967-ci il püskürməsindən ayrılmış brekçiya axını vulkan səthini hamarlanmışdır. Kiçik çatlar axın səthində kələ kötürlük yaranmışdır. 15–20 m yüksəkliyində "palçıq şəlaləsi" yerləşir.
Bahar palçıq vulkanında eroziya denudasiya, arid denudasiya, ətək hissələrində eol akkumlyasiya və abrasiya akkumlyasiya kimi müasir relyef əmələ gətirici proseslər üstünlük təşkil edir. Bahar palçıq vulkanının landşaftında özünə məxsus müxtəliflik vardır. Son 1967-68-ci il püskürmələrindən ayrılmış təzə brekçiya örtüyü əsasən onun krater hissəsinin və eləcə də cənub-qərb yamacını əhatə edir. Brekçiya açıq göy rəngə çalan süxurlardan (gil, qumdaşı, qum və s.) ibarətdir, səthi kələ kötürdür.
Palçıq vulkanının təzə brekçiyası hələlik aşınmaya məruz qalmamışdır.Bitki örtüyündən tam məhrumdur. Bu axınlardan şimalda olan sahədə, brekçiya üzərində çox seyrək kəngiz kolluqlarına rast gəlinir. Çox ehtimal ki, bu brekçiya 1926-cı ildə vulkanın püskürdüyü məhsuldur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Якубов А.А, Дадащев Ф.Г., идр. О новейших извержениях грязевых вулканов Юго-Восточной части Болшого Кавказа. Изд "Злм", Баку, 1970