Babil Film 2006 - Wikipedia
Babil (ing. Babel) — Alehandro Qonsales İnyarritunun 2006-cı ildə çəkdiyi psixoloji dram filmi. Film Mərakeş, Yaponiya, Meksika və ABŞ-də yaşayan bir-biriləri ilə əlaqəsi olan insanların həyatından bəhs edir.
Babil | |
---|---|
ing. Babel | |
Janr | dram filmi |
Rejissor |
|
Prodüserlər | |
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Operator |
|
İstehsalçılar | Summit Entertainment |
Distribütor | Netflix |
İlk baxış tarixi | 23 may 2006[1], 21 dekabr 2006[2] |
Müddət | 142 dəq. |
Büdcə | 25.000.000 $ |
Ölkələr | |
Dil | ingilis dili[3][6] |
Rəng | rəngli |
Çəkiliş yeri | Meksika, San-Dieqo, Yaponiya, Mərakeş |
IMDb | ID0449467 |
Mükafatları |
Məzmun
redaktəFilmdə üç əsas süjet xətti göstərilib. Bütün bunlar tamaşaçıya böyük bir Babili xatırladan dünyamızın vəziyyətini göstərir, harada insanlar bir biri ilə anlaşmağa məcburdular: özünkünə nail olmaq və başqalarına qulaq asmaq.
Mərakeş süjet xətti — amerikalı turistlərin, həmçinin Riçard Cons və Syuzan Cons ər-arvadın talelərinin bir sıra sadə Mərakeş əhalisinin taleləri ilə toqquşması. Sadə əhalinin ABŞ sakinləri üçün qəribə gələn həyat tərzləri göstərilib. Syuzan çoban oğlanın təsadüfən tüfəngdən açdığı atəş zamanı yaralanır. Atəş bir neçə insanın əzab çəkməsinə səbəb olur.
Meksika/ABŞ süjet xətti Riçard və Syuzanın uşaqlarına dayəlik edən meksikalı qulluqçu Ameliya ilə bağlıdır. Mərakeşdəki faciəvi hadisələr onu uşaqları Meksikaya, oğlunun toyuna aparmağa məcbur edir. Uşaqlar, Debbi və Mayk şən meksika toyunun şahidi olurlar. Gördükləri onlara həm əyləncə verir həm də şoka salır. San Diyeqoya qayıdış təhlükəli macəraya çevrilir, nəticədə Ameliya uşaqlarla səhrada susuz qalır.
Yaponiya süjet xətti — lal-kar yeniyetmə qız Çieko haqqında əhvalatdır. O, öz dünyasında, öz şəhərində başa düşülməyə çalışır. Detektiv Kenji ona kömək etməyə çalışır, əslində isə onun Mərakeşli bələdçiyə tüfəng hədiyyə etmiş atası ilə görüş axtarır…
Film haqqında
redaktə- Bu filmdə iştirak etmək üçün Bred Pitt prodüserlərindən olduğu "Dönüklər" filmində baş rolların birindən imtina edib. Bu addımı o, çoxdan Alehandro Qonzales İnyarritunun filmlərinin pərəstişkarı olması ilə izah edib.
- Rejissor Alehandro Qonzales İnyarritu yerli şəhər meydanında futbol oynadığını gördüyü Bobker Ait Əl Kaidi sınaq çəkilişlərinə çağırıb. Bu mərakeşli oğlan atasının tüfəngi ilə pis işlərə bulaşan Yusif rolunu oynamaq fürsəti qazanıb.
- Film ingiliscə "Babylon" adlanır. Orijinal "Babil" adı isə bu sözün ərəb və ivrit dillərindəki tələffüzüdür.
- Filmin final səhnəsində yaralı Syuzanı aparan helikopter Kasablankanın ən görməli yeri – Böyük II Həsən məscidinin yaxınlığından uçur.
Rollarda
redaktəMərakeş
- Bred Pitt — Riçard Cons
- Keyt Blanşet — Syuzan Cons
- Məhəmməd Əhzəm — Ənvər
- Bubkə Eyt Əl Kaid — Yusif
- Səid Tərçani — Əhməd
- Həmid Muryani — Abdulla
- Əbdülkander Bara — Həsən
- Uahiba Zəhmi — Zöhra
Meksika
- Adriana Barraza — Ameliya
- Qael Qarsia Bernal — Santyaqo
- El Fenninq — Debbi Cons
- Natan Qembl — Mayk Cons
- Klifton J. Kollins — Meksika sərhədində polis zabiti'
- Maykl Pina — Zabit Con
Yaponiya
- Rinko Kikuçi — Çieko Vatai
- Kodzi Yakuzo — Yasudziro Vatai
- Satosi Nikaydo — Detektiv Kenji
- Yuko Murata — Mitsu
- Siqemitsu Oqi — Diş həkimi
Mükafatlar və Namizədliklər
redaktə- Oskar 2007:
- Namizəd: Ən yaxşı filmə görə (Alexandro Gonzalez İnyaritu, Con Kilik və Stiv Qolin)
- Namizəd: Ən yaxşı rejissor işinə görə (Alexandro Gonzalez İnyaritu)
- Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
- Namizəd: ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
- Namizəd: ən yaxşı orijinal ssenariyə görə (Qilyermo Arriaqa)
- Namizəd: ən yaxşı montaj işi (Duqlas Krays, Stiven Mirron)
- Qalib: ən yaxşı musiqi(Qustavo Santaolalla)
- Beynəlxalq Kann Kino Festivalı:
- Qalib: Ən yaxşı rejissor (Alexandro Gonzalez İnyaritu)
- Qalib: François Chalais Award (a Prize of the Ecumenical Jury)
- Namizəd: Qızıl palma budağı (Ən yaxşı film)
- Qızıl Qlobus:
- Qalib: Ən yaxşı dram filmi
- Namizəd: Ən yaxşı rejissorluğa görə (Alexandro Gonzalez İnyaritu)
- Namizəd: Ən yaxşı ikinci plan kişi roluna görə (Bred Pitt)
- Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
- Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
- Namizəd: Ən yaxşı ssenariyə görə (Qilyermo Arriaqa)
- Namizəd: Ən yaxşı musiqi(Qustavo Santaolalla)
- ABŞ kino aktyorlarının Gildiya mükafatı:
- Namizəd: Ən yaxşı aktyor seçiminə görə
- Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Adriana Barraza)
- Namizəd: Ən yaxşı ikinci plan qadın roluna görə (Rinko Kikuçi)
- Ən yaxşı onluğa düşüb:
Xarici keçidlər
redaktə- Rəsmi sayt Arxivləşdirilib 2008-01-14 at the Wayback Machine
- Rəsmi treyler
- Yapon dilində sayt Arxivləşdirilib 2009-08-19 at the Wayback Machine
- Film screenplay at MovieScriptPlace.com Arxivləşdirilib 2008-03-17 at the Wayback Machine
- Babel Production Notes Arxivləşdirilib 2007-01-12 at the Wayback Machine Full Production Notes
- Babil görüntüləri at Metacritic.com