Babali Celilabad - Wikipedia
Babalı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd.[1]
Babalı | |
---|---|
39°14′40″ şm. e. 48°20′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 775 (2009) nəfər |
Etimologiyası
redaktəBu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Babalı toponimi Pirembel tayfasının tirələrindən olan eyni adlı nəslin adındandır.[2] Babalı kəndi Cəlilabad rayonunun qədim yaşayış məskənlərindən biridir.Kəndin ərazisindən tapılmış bəzi maddı-mədəniyyət nümunələri belə bir fikir söyləməyə imkan verir. Təsadüfi tapıntılara baxmayaraq ,kəndin ərazisində indiyə qədər nə arxeoloji nə də etnoqrafik tədqiqatlar aparılmayıb. Mövcud məlumatların qeyri-qənaətbəxş olması müəyyən araşdırmalar aparmağı zəruri etdi.Araşdırmalar zamanı bir-çox mənbələrdə Babalı sözü ilə bağlı maraqlı tarixi məlumatlarla rastlaşdım.Lakin,həmin məlumatlar: 1)Kənddə məskunlaşmanın mövcud tarixi versiyalarının yanlış olduğunu bəlli etdi. 2)Babalı sözünün tayfa adı ilə bağlı olduğunu sübut etdi. Mövcud məlumatlar nədən ibarətdir? 1. Babalı əhalisi VII əsrdə Ərəbistandan gəlmədir. 2.Babalı əhalisi Xaçmaz rayonundan gəlmədir. 3.Babalı əhalisi Perimbeldən (Yardımlı) dəlmədir. Bir-birini təkzib edən bu məlumatlar sözün mənasına səthi,qeyri-ciddi yanaşmaların nəticəsi kimi başa düşürəm.Qeyd edim ki,bir-çox yaşayış məskənlərinin adı elə bu vəziyyətdədir. Müəyyən araşdırmalardan sonra müəyyən etdimki,Babalı adında yaşayış məskəni Türkiyə,İran və Azərbaycan ərazisində mövcuddur. Bu ərazilərdə onlarla Babalı adında yaşayış məskənləri var. Tarixi məxəzlərdə Babalı sözünün muğallar kimi də müstəqil tayfa kimi də işləndiyinə rast gəldim.Bu mənada, Babalı tayfalarının,tirəsinin tarixi köklərinin daha qədim dövrlərə aid olduğunu söyləmək mümkündür. Məsələ ondadır ki,indiki Babalı kəndinin ərazisindən tapılan arxeoloji nümunələr fikrimizi təsdiq etməyə əsas verir. Aşağıdakı məxəzlərdən əldə etdiyim tarixi məlumatlari qeyd etməyi lazim bildim ki,sonra söyləniləcək fikrim daha da aydın olsun. 1).Əhməd Kəsavi-Avşarlar aşağıdakı qollardan ayrılır: qırxlı,babalı,cəlayir,qoşaəhmədli,gündüzlü,inallı,araşlı,alplı,imirli,bəqəsli. 2).Türkiyədə Babalı şəhəri var. 3)1917-ci ildə Zaqatala qəzasının Qaraqan(almalı) bölgəsində Babalo(Babalı) yaşayış məntəqəsi qeydə alınmışdır. 4).Əlincə nahiyyəsində Babalı kəndi olub.(bu məlumat “İrəvan əyalətinin icma dəftəri”də :Bakı elm-1996.tərcüməçilər:Z.Bünyadov,H.Məmmədov qeyd olunub). Dəftər 1728-ci il statistik materiallarla yanaşı 1950-ci ilə aid materiallar da özündə əks etdirir. 5).Qaxda yaşayan Ruhil xalqı qonşuluqlarında yaşayan kənd əhalisini muğal(moğol) adlandırırdılar.Həmin kəndin adı Babalı adlanırdı. 6).1593-cü ildə Osmanlı dövləti Keştasf nahiyyəsinin oba, kənd, qışlaq və mərzlərini siyahıya alıb.Həmin siyahıda Babali adında kənd-yaşayış məskəni var.Keştasf-Səfəvilər dövründə Qarabağın bölgəsi olub. 7).Nikolay Baskakov-Rusiya türkoloqu.”Türk dilləri” kitabında(1960) muğalları (Maq,muğ,muqal) Azərbaycan turkcəsində danışan qrupa aid edir. 8.Zaqatala dairəsi (1860-cı ilin mayında yaradılıb) 1872-ci ildə dərc olunmuş və 1869-cu ildə əhalinin kameral siyahıya alınmasında Qarasu naibliyinin tərkibində Babalı kəndinin adını qeyd edirlər. Əhalisi 12 ailə,milli tərkibi muğallar. 9.Heradotun göstərdiyi Midiya ərazisində yaşayan 6 tayfadan biri maqlardır.Onlara yerli dildə həm də muğlar deyilir.(Baskakov.”Türk dilləri-1960) 10.Bəxtiyar Tuncay.-Moğolların (muğalların) bugünkü monqollarla eyniləşdirilməsi kökündən səhvdir..Rus alimlərinin siyasi məqsədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyil. 11.N.A.Baskakov qeyd edir ki,onları( Muğalları) Azərbaycanlı,aderbicanlı,türk,Azərbaycan türkü,Zaqafqaz tatarları,Azərbaycan tatarları adlandırılmazdan çox-çox əvvəl muğallar,kazax tatarları,qaşqaylar,qızılbaşlar,tərəkəmələr,qarapapaqlar adlandırıblar. Baskakov muğalların azərbaycanlı olduğunu qəti şəkildə bildirir. Elə bu cümlədəki fikir bəs edir ki,xüsusən XVIII əsrdən etibarən türk soylu xalqların tarixini “yazmaq” istəyən Rus və Avropa “alimləri” bizi necədə çaşbaş salıblarşşƏslində onlar istədiklərinə nail olublar…Yəni,1)Tariximizi saxtalaşdıra biliblər.2) müasir tədqiqatçılar saxta,dolaşıq fikirlər girdabına salıblar. Nə əcəb bu “alimləri” türk tarixi daha çox maraqlandırıb? Olmazdıkı hərə öz tarixinin “parlaq” keçmişindən yaza?...Yox! Olmazdı!. Çünki, olmayanı var etməyin yeganə yolu türk soylu xalqların tarixini məhv etmək əsas taktiki gediş ola bilərdi...Heyhat!!! Türk tarixini elə yazıb ki,onu sözlə dəyişmək mümkün deyil,saxtalaşdırmaq mümkün deyil. Qayalar üzərindəki təsvirləri,məzar daşlarındakı işarələri,damğaları anlamaq,başa düşmək onların işi deyil.Türk tarixinin möhtəşəmliyidə elə bundadır. 12.TRT-“Hindistanın yerli türkləri muğallar” adlı sənədli film.. Hindistanda baburlar (muğallar) imperatorluğunu quran Muğallar,Türk-İslam mədəniyyətinə önəmli katkılarda bulunmuşlar. 13.Hülakilər dövrü Moğolların ,başqa sözlə Azərbaycana kənardan gəlmiş moğolların ,yəni ,Çingiz xan övladlarının hansı dildə danışdışını ,moğol dilinin nə olduğunu isə biz XIII əsrin görkəmli Azərbaycan dilçisi İbn Mühənnanın “Tərcümani Farsi və Türki və Moğoli” adlı əsərində öyrənirik.Dövrümüzədək 5 qədim əlyazma nüsxəsi ulaşmış bu möhtəşəm əsər ərəb dilində qələmə alınmış və ilk dəfə P.M,Melioranski tərəfindən geniş tədqiqata cəlb edilmişdir. Alim uzun araşdırmadan sonra lüğətin Azərbaycanda ,Hülakilər dövründə qələmə alındığı aydınlaşdırılmışdır.( Bəxtiyar Tuncay) 14.Mövcud məlumat.Babalı toponimi Perimbel tayfasının tirələrindən olan eyni adli nəslin adındandır. 15.Mövcud məlumat.Kəndin əsasını Xaçmaz rayonundan köçmüş babalılar qoymuşlar. 16.Mövcud məlumat.Kəndin əsasını VII əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından biri olan pirembellilərin babalı tirəsinin adamları qoyub. 17.Qəbələ..”I Şah Abbas zamanında muğal,şamlı,türkmən türk tayfaları bu ərazidə məskunlaşmışlar”. 18.Bəxtiyar Tuncay.”Ruslar tərəfindən elm aləminə sırınan Uyğur türkcəsində yazılmış “Tatarların gizli tarixi” kitabının Çin dilində tərcümə variantından rus dilinə çevirərək,adı”Monqolların gizli tarixi” adı ilə əvəz edilən və dünyaya bu cür tanıdılan kitaba əsaslanır.Uyğur türkcəsində qələmə alınan “Tatarların gizli tarixi” əsəri uzun müddət gizli saxlanılmış ,tatar alimləri onun varlığından sadəcə bir-neçə il bundan əvvəl xəbər tutmuşlar. 19.Adnan Menderes Kaya ..- “Avşar Türkmənləri” kitabında yazır...”Müasir dövrümüzdə digər boylar arasında əriyən əfşarlar 16 boya ayrılmışlar..Kirki,babalı,cəlayir,təkəli boylarıda bura daxildir”. 20.Kəbirlinin əsas 3 hissəsindən biridə Ulubabalılar təşkil edir ki,onlar Qarabağ ərazisində yaşamışlar. 21.Aze Bozkır Savaşçı. “ Avşarlar (əfşarlar)” məqaləsində yazır..”Afşarlar böyük Səlcuq dövlətinin zəifləməsindən sonra XII əsrin 2-ci yarısında bir müddət bir müddət müstəqil ,bir müddət isə İraq Səlcuqlarına başlı şəkildə bəyliklər qurmuşlar”. 22.Rəşidəddin..”Türk boyları Afşarlar Oğuz boyu Bozoxların Ulduzxan oğulları qolundandır”. 23.Vikipediya..Babalı-yəni kökü,tarixi çox olan deməkdir.Və ya əsilli,soylu,köklü deməkdir. 24.Urmiya hakimi Aşur xan Babalı. 25.Babalı-Cəlilabad rayonunun Babalı kəndi.Pirembel tayfasının tirələrindən olan eyniadlı nəslin adındandır.(AMEA-Cografiya institutu.) Məxəzlərdən əldə etdiyim yuxarıdakı Babalı sözü ilə əlaqədar aşağıdakı fikirləri söyləməyə imkan verir. 1.Babalı-tayfa,tirə kimi tarix boyu digər türk soylu tayfalarla bir yerdə olmuş,tarixi proseslərdə i.tirak etmiş,acılı-şirinli günlərini onlarla birlikdə yaşamışdır. 2.Babalı yaşayış məskənlərində yaşayanları muğal(moğol) adlandırmışlar(Qax rayonu ).Moğolların türksoylu olduğu yəqinliklə bildirilir,onların danışdığı dilin türk(Azərbaycan) dili olduğu xüsusi olaraq qeyd olunur. 3.Babalı,Əfşar-türk tayfalarından biri kimi qeyd olunur. 4.Babalı adında yaşayış məskənləri Türkiyə,qərbi Azərbaycan,İran və Azərbaycan Respublikası ərazilərində mövcuddur. 5.Cəlilabad rayonunun Babalı kəndi ərazisindən tapılmış arxeoloji nümunələr burada 2000 ildən artıq (hələlik) yaşayışın olduşunu sübut edir. Deməli ,tarixi məlumatlar əsasında əldə etdiyimiz bilgilərimizi beş formada qruplaşdira bildik.Bu qruplaşmalar əsasında gəldiyimiz əsas nəticə nədir? 1.Babalı- tayfa adıdır.Etnotoponimdir. 2.Babalı tayfasının yayılma arealı daha böyükdür.Həmin yaşayış məntəqələrindən biridə Cəlilabaddır.Türk soylu xalqların tarixini öyrənən zaman iki faktı qeyd etməyimiz vacibdir. 1.Türk tayfaları,dövlətləri,imperiyaları hakimiyyət uğrunda ,coğrafi ərazilər uğrunda öz aralarında daima müharibələrdə olublarə 2.Qeyri-türk dövlətlərinə ,imperiyalarına qarşı müharibələrin aparılması. Birinci halda türksoylu xalqlar(tayfalar) qruplaşır,bir-birinə qarşı savaş meydanına girirlər.Bu qruplaşma heç vaxt sabit olmayıb.Ayrı-ayrı zamanlarda həmin qruplarda yerdəyişmələr olur və ya tamamilə yeni qrup halında formalaşırlar.Belə ittifaqlarda hər tayfa və tirənin marağı olur. Təbii ki,belə ittifaqlar yaranan zaman ittifaqda olan qüvvələr nisbəti bərabər olmur.Hərakat və ya müharibələrin adı aparıcı qüvvədən tayfaların adı ilə bağlı olur. Bu səbəbdən ,Babalıların Moğol adlandırılmasından və ya Əfşarların əsas tayfalarından biri kimi qələmə verilməsində qeyri-təbii əlaməl görünmür. Nadir şah Əfşarın tayfasının nümayəndəsi kimi qələmə verilsədə,əslində o Əfşarların Qırxlı boyundandır. Tarixdə Babalıların moğollar və ya Əfşarlar qrupunda iştirak etməsi məntiqi cəhətdən səhv deyil. Dəqiq faktlardan biri odur ki,BABALILAR ƏFŞAR TAYFALARINDAN HESAB OLUNUR. Əfşarların tarixdə nəzərəçarpacaq fəaliyyəti isə Səlcuq oğuzların dönəmindən sonrakı dövrə aiddir. 2-ci halda ,yəni qeyri-türk dövlətlərinə qarşı müharibələrdə isə türk tayfaları demək olar ki,tam olaraq ittifaq halında olurdular. Nadir imperiyasının qurulmasında digər türk tayfaları ilə birlikdə olmaları Babalıların türk dövlətlərinin qurulmasinda i.tirakına misaldır. Qırxlı,Babalı kimi tayfalarla yanaşı Cəlair,Təklə tayfalarıda Əfşar birliyinin tərkibində olun.Maraqlı və diqqətçəkici odur ki,bir-çox ərazilərdə Təklə,Babalı və Cəlair tayfaları bir-birinə qonşu olmaqla konkret ərazilərdə məskunlaşıblar.Bu fakt onu göstərir ki,bu tayfaları bir-birinə bağlıyan tellər olub. Şakir Qabışsanlının izahına görə Təklə digər yaşayış yerlərindən aşağıda yerləşmək mənasındadır(Təhlə). Maraqlısı odur ki,sözün lüğəti mənası ilə coğrafi yerləşmə əlamətləri düz gəlir.Yəni Cəlilabad ərazisində Təklə,Babalı,Cəlair kəndləri paralel olaraq İncəçay boyunca yerləşib.Çayın iki əsas qolu var.1-ci mənbəsi Pərdi kəndi ərazisindən,2-ci isə Türkelli kəndindən götürür.Həmin qollar Cəlair kəndinin qərb tərəfində birləşərək,Babalı kəndindən keçərək Təklə kəndinə istiqamətlənir. Cəlair,Babalı və Təklə tayfaları XVII-XVIII əsrlərdə Əfşar birliyinin tərkibində olublar.Bu tayfaların XVIII əsrdə türk hərb meydanında söz sahibi olmaları onların heçdə adi,kölgədə qalası bir tayfa olmadıqlarını göstərir. Tarixi məlumatlarda göstərilir ki,Əfşar tayfa birliyi səlcuq dönəmindən sonra öz qabarıqlığı ilə nəzərə çarpmağa başlayır.Bəs ondan əvvəl necə?! Ondan əvvəl bu tayfalar digər türk birliklərində mövcud olublar.Sadəcə bu mövzuda daha geniş araşdırmalar aparmaq lazımdır ki,onların tarixinin ənənəvi varislik xronologiyasınımüəyyən edə bilərik. Birdən-birə bir neçə il ərzində imperiya iddialarına qədər maraqlı olmaq-fikrimcə inandırıcı deyi.Belə bir niyyət sahibinin böyük tarixi keçmişə ,hərbi təcrübəyə ,idarəetmə qabiliyyətinə malik olduğunu göstərir.Bu fikir türksoylarının xarakteridir,başqa cür fikirləşməyə dəyməz. Ayrı düşmək,tək özü üçün yaşamaq,”qeylü-qaldan” uzaq olmaq,tarixi hadisə və proseslərdə bitərəf olmaq deməkdir. Yuxarıda qeyd etdiyim kimi,Babalı yaşayış məskəninin adının Pirembel tayfa –tirələrindən olan babalılarla bağlı olduğu söylənilir. Qeyd edim ki,Pirembel tayfalarından biri kimi babalıların faktı təsdiqlənir. Ikinci tərəfdən Babalı kəndində apardığımız sorğuya görə bu kənddən pirembeldən gəlmə ailə olmadığını söylədilər və seyid ailəsinin olmadığını bildirdilər. 3-cüPirembel camaatının müəllimlərinin fikrinə görə Pirembellilərin Yardımlı rayonuna gəlişi X-XI əsrə aiddir. Digər tərəfdən,XIX əsrin 1-ci yarısına aid rus mənbələrində yanlış,çaşdırıcı,saxtalaşdırılmış məlumatlarla rastlaşdım..(Leqkobitov...Talışinskoye xanstvo.- ObozreniyeRossiysix vladeniya za Kavkazom v statistiçeskom,etnoqrafiçeskom,topoqrafiçeskom i finansovom otnoşeniyax.SPB,1836.Ç.III) Babalı adında yaşayış məskənlərinin arealına diqqət yetirəndə onun böyük coğrafi əraziyə malik olduğunu görürük.Tarixi məlumatlar bu tayfa adinin türksoylu olduğunu yəqinliklə bildirir.Həmin məntiqə əsasən Cəlilabad rayonunun Babalı kəndinin adının Babalı tayfasının adından götürüldüyünü söyləmək mümkündür. Babalı kəndinin hazırkı yaşayış məntəqəsində 129 evdə 813 nəfər(2015,dekabr) adam yaşayır. Yerli əhalinin təsərrüfatı ənənəvi olaraq əkinçilk və maldarlıqdır.Bununla belə,oturaq həyat onlarda digər yardımçı təsərrüfat sahələrinin də bərqərar olmasına ,inkişafına səbəb olmuşdur.Beləki,quşçuluq,bostançılıq,kartofçuluq və yazlıq əkin növləri əhalinin müxtəlif qida tələbatını ödəmək iqtidarındadır.
Tarixi
redaktəToponimikası
redaktəDağətəyi ərazidədir. i.ə.v.-nin adı kənd sakinlərinin mənşəyi haqqında məlumat verir. Məlum olur ki, kəndin əsasını Xaçmaz r-nundan köçmüş babablar qoymuşlar. Tədqiqatçılar oykonimi VII əsrdə Azərbaycana köçürülmüş ərəb tayfalarından birinin adı ilə və ya pirembel tayfasının babalı tirəsinin adı ilə bağlayırlar. 1917-ci ildə Zaqatala qəzasının Qaraqan (Almalı) bölgəsində Babalo (Babalı) yaşayış məntəqəsi qeydə alınmışdır. Etnotoponimdir.[3]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 775 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Coğrafiyası və iqlimi
redaktə- Babalı hər tərəfdən dağlarla əhatə olunmuşdur.
Bələdiyyə
redaktə29 may 2009-cu il tarixindən etibarən Babalı kəndi Abazallı və Təklə kəndləri ilə birlikdə Təklə bələdiyyəsinə daxildir.[5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası: Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının qanunu Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri, 29 may 2009-cu il.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |